• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya XİN Suriyaya endirilən zərbələri şərh etdi

Rusiya XİN Suriyaya endirilən zərbələri şərh etdi
14.04.2018 09:15
Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova bəyan edib ki, Dəməşqə zərbələri "öz müstəsnaslığını bəyan edən ölkələr” endiriblər.

Anews.az xəbər verir ki, o, bu barədə şəxsi Facebook hesabında yazıb 

"Əvvəlcə Suriya xalqının üzərində "ərəb baharını”, sonra İŞİD, indi isə ağıllı Amerika raketlərini sınaqdan keçirdilər. Uzun illərdir terrorçu təcavüz şəraitində sağ qalmağa çalışan suveren dövlətin paytaxtına zərbə endirilib”, - deyə, o, yazıb.

"Bütün bunların arxasında öz müstəsnalığını bəyan edərək, dünyada mənəvi liderliyə can atanlar dayanır. Suriyanın həqiqətən də dinc gələcək üçün şans aldığı bir vaxtda onun paytaxtını atəşə tutmaq üçün doğurdan da müstəsna biri olmalısan”, - deyə, Rusiya xarici siyasət idarəsinin nümayəndəsi əlavə edib.

Zaxarova həmçinin xatırladıb ki, 15 il əvvəl ABŞ "flakondan və Dövlət katibindən (Kolin Pauelin İraqa hücum etməzdən əvvəl BMT-də nümayiş etdirdiyi flakon – onun içərisində İraqın kimyəvi silahından nümunə olduğu iddia edilirdi – red.), indi isə flakon əvəzinə KİV-dən istifadə etdi”, deyən Zaxarova, Ağ Evin bir müddət əvvəl Dəməşqdəki kimyəvi hücumun "KİV-in bəyanatları, həmçinin etibarlı görünməyən simptomlar, video və fotoşəkillərə” əsaslandığı barədə bəyanatını xatırladıb.

Qeyd edək ki, hazırda ABŞ, Böyük Britaniya və Fransa qoşunlarının Suriyaya zərbələri başa çatıb. Pentaqon rəhbəri Ceyms Mettisin sözlərinə görə, zərbə birdəfəlik olub, əlavə hücumlar hələ planlaşdırılmır, lakin istisna da edilmir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol