Rusiyada azərbaycanlı tələbəni qətlə yetirən şəxs axtarışa verildi

Ötən cümə günü gecə saatlarında Rusiyanın Volqoqrad vilayətinin Voroşilovsk rayonunda tələbə yataqxanalarının birinin yaxınlığında azərbaycanlı tələbə Timur Qavrilov qətlə yetirilib. "Qafqazinfo” bildirir ki, bu barədə "Bloknot Volqoqrada” nəşri xəbər verib.
Regional İstintaq Komitəsinin Mətbuat Xidmətinin məlumatına görə, artıq cinayət işi qaldırılıb. Onu ən təcrübəli müstəntiqlər araşdırır.
"Novosti Volqoqrada” yazır ki, oğlan nümunəvi davranışı və təvazökar xarakteri ilə fərqlənirdi. Gənc bir il əvvəl tələbə mübadiləsi proqramı üzrə Bakıdan Volqoqrad şəhərinə gəlmiş və Stomatologiya fakültəsində birinci kursu müvəffəqiyyətlə bitirmişdi.
www.anews.az
Son xəbərlər 
Daha çox 























