• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da azərbaycanlılara hücum edən ermənilərlə bağlı ARAŞDIRMA APARILIB

ABŞ-da azərbaycanlılara hücum edən ermənilərlə bağlı ARAŞDIRMA APARILIB
21.08.2020 13:19
ABŞ-ın Los-Anceles şəhərində iyulun 21-də ermənilər tərəfindən azərbaycanlılara qarşı hücumları araşdıran işçi qrupu hesabat hazırlayıb.

Anews.az reporta istinadən xəbər verir ki, bu barədə işçi qrupun onlayn konfransında məlumat verilib.

Şahid ifadələrinin foto və video görüntülər təhlili nəticəsində müəyyən eidlib ki, aksiyada iştirak edən azərbaycanlıların sayı təxminən 60 nəfər ermənilərin sayı isı 3-5 min arası olub.

Ermənilər tərəfindən başlayan hücum nəticəsində ümumilikdə 15-20 azərbaycanlı döyülüb və ağır xəsarət alanlar olub.
Bundan başqa, ermənilər Azərbaycan bayrağına nalayiq hərəkətlər edib, azərbaycanlılara qarşı təhqiramiz ifadələr işlədiblər. Ermənilər arasında ASALA terror təşkilatının emblemi olan köynəklərdə adamlar da olub.

ABŞ məhkəməsinin mövcud cinayətə hüquqi qiymət verməsini təmin etmək məqsədi ilə hazırlanan hesabat təkcə digər dövlətlərin xarici işlər nazirliklərinə də göndəriləcək.

Qeyd edilib ki, işçi qrupunun tərkibinə aşağıdakı alimlər daxildir:

1. Professor Əmir Əliyev - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, "İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müdiri, insan hüquqları üzə mühazirəçi və çoxsaylı  kitabların - dərsliklərin müəllifi.

2. Hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadə - MG Consulting şirkətinin direktoru, bir sıra ölkə hesabatlarının müəllifi, insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.

3. Profesor Leonard Hummer - ABŞ-ın Arizona Universiteti, insan hüquqları üzə mühazirəçi və müxtəlif kitabların müəllifi.

4. Professor Adel Abdullin - Rusiya Federasiyasının Kazan Federal Universitetinin Hüquq fakültəsinin "Beynəlxalq və Avropa hüququ” kafedrasının müdiri, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı  kitabların - dərsliklərin müəllifi.

5. Professor Revol Valeyev - Rusiya Federasiyasının Əməkdar hüquqşünası, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı  kitabların - dərsliklərin müəllifi.

6. Professor İlyas Doğan - Türkiyənin Ankara Hacı Bayram Vəli Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi kafedrasının müəllimi, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı  kitabların - dərsliklərin müəllifi.

7. Hüquq üzrə fəlsəfə doktoru Cavid Qədirov - ADA Universitetinin müəllimi,  insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.

8. Hüquq üzrə elmlər doktoru Turqay Hüseynov - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.

9. Hüquq üzrə fəlsəfə doktoru Cavid Abdullazadə - Türkiyənin Ankara Universiteti Hüquq fakültəsinin Beynəlxalq hüquq kafedrasının müəllimi,  ADA Universitetinin müəllimi,  Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.

10.  Hüquqşünas Əliməmməd Nuriyev, "Şəffaflıq” Azərbaycan təşkilatının rəhbəri, insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol