• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada yeni pandemiya başlaya bilər

Dünyada yeni pandemiya başlaya bilər
09.09.2020 10:42
Milyonlarla insan sağlam qida əldə etmək imkanını itirir ki, bu da piylənmə problemini yaradır. Bu isə nəticədə yeni qlobal pandemiyaya səbəb ola bilər.

Bu barədə Blumberqin yaydığı məlumatda deyilir. BMT-nin proqnozlarına əsasən, ilin sonunadək 130 milyondan çox insan aclıqla üzləşəcək, inkişaf etmiş ölkələrdə isə piylənmə daha ciddi problemlər yaradacaq.

Koronavirus pandemiyası dövründə insanlar gəlirlərini itirdiklərindən zərərli qidalar, xüsusən "fast food”lara üstünlük verərək qidaya qənaət etmək məcburiyyətində qaldılar.

Artıq çəkili insanların sayı ac insanların sayından dəfələrlə çoxdur. Bu xüsusilə inkişaf etmiş ölkələrdə nəzərə çarpır. Kök insanlar isə daha çox şəkərli diabet, ürək-damar və onkoloji xəstəliklərə meyilli olurlar.

BMT-nin hesablamalarına görə, hazırda dünyada 3 milyard insan sağlam pəhriz saxlaya bilmir, bu da artıq çəkiyə meyllilik yaradır və yeni növ pandemiyanın baş verəcəyini şərtləndirir.

Əgər tədbirlər görülməzsə, artıq çəki və bununla əlaqəli sağlamlıq problemləri yaxın on ildə dünyada səhiyyə xərclərini ildə 1,3 trilyon dollar artıracaq.






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nepalda Azərbaycan və Kanadada iş vəd edən iki nəfər saxlanılıb
Dünya 19:03
Nepalda Azərbaycan və Kanadada iş vəd edən iki nəfər saxlanılıb
İran Ermənistana xəbərdarlıq edib
Dünya 16:59
İran Ermənistana xəbərdarlıq edib
Bolqarıstanda bomba təhlükəsi səbəbindən üç təyyarə təcili eniş edib
Dünya 16:34
Bolqarıstanda bomba təhlükəsi səbəbindən üç təyyarə təcili eniş edib
Aİ Ukraynaya əlavə 4,3 milyard avro vəsait ayıracaq
Dünya 16:17
Aİ Ukraynaya əlavə 4,3 milyard avro vəsait ayıracaq
Paşinyan: Ermənistan-Türkiyə sərhədindəki tarixi Ani körpüsünün bərpasına tezliklə başlanılacaq
Dünya 15:29
Paşinyan: Ermənistan-Türkiyə sərhədindəki tarixi Ani körpüsünün bərpasına tezliklə başlanılacaq
İstanbulda ayrı-ayrı vaxtlarda iki bina çöküb
Dünya 14:42
İstanbulda ayrı-ayrı vaxtlarda iki bina çöküb
Ərdoğan Zelenskidən sonra Putinlə danışıqlar aparmağı planlaşdırır
Dünya 13:34
Ərdoğan Zelenskidən sonra Putinlə danışıqlar aparmağı planlaşdırır
Qətər sahillərində neft tankerinə hücum edilib
Dünya 12:56
Qətər sahillərində neft tankerinə hücum edilib
Ermənistan Türkiyə ilə birbaşa ticarətə başlayır
Dünya 11:22
Ermənistan Türkiyə ilə birbaşa ticarətə başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol