• $
  • €
  • ₽
  • ₺
  • £

İngiltərə parlamenti Ermənistanı qınayan petisiya hazırladı

İngiltərə parlamenti Ermənistanı qınayan petisiya hazırladı
07.10.2020 20:30
Böyük Britaniya Parlamenti (Nümayəndələr Palatası) erməni qüvvələrinin işğal etdiyi torpaqlardan dərhal çıxarılmasını tələb edən petisiya imzalayıb.

"Qafqazinfo” xəbər verir ki, sənəd Böyük Britaniya Parlamentinin rəsmi internet səhifəsində yerləşdirilib. Konservativlər partiyasından olan Blekman Bob və Bottomli ser Piter tərəfindən oktyabrın 1-də qaldırılan petisiyada deyilir:

"Parlament bildirir ki, Ermənistanın 27 sentyabr 2020-ci ildə başlayan və hər gün daha da böyüməyə davam edən təcavüzü Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi bölgə üzərində qanunsuz hərbi nəzarətindən qaynaqlanan və 30 mindən çox insanın həlak olmasına, 1 milyondan çox insanın qaçqın düşməsinə səbəb olan Ermənistan-Azərbaycan arasındakı silahlı münaqişəni daha da artırır. Bununla yanaşı, Türkiyə və Rusiyanın cəlb olunması ilə konfliktin genişlənməsi təhlükəsi yaranır.

Parlament İngiltərə hökumətini Ermənistanı 1994-cü ildə əldə edilmiş atəşkəsi kobud şəkildə pozduğuna və Azərbaycanın silahlı qüvvələri, mülki şəxslərinin mövqelərinə intensiv hücumda iriçaplı silah, minaatan və artilleriya silahlarından istifadə etdiyinə görə qınamağa və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə göstərildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qanunsuz olaraq işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol