• $
  • €
  • ₽
  • ₺
  • £

Qırğızıstanın prezidenti yoxa çıxdı – Sərhədlər bağlandı

Qırğızıstanın  prezidenti yoxa çıxdı – Sərhədlər bağlandı
08.10.2020 21:00
Qırğızıstanın prezidenti Sooronbay Jeenbekov və baş nazir Kubatbek Boronovun olduqları yer məlum deyil.

Anews.az xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasının başçısının müavini Omurbek Suvanaliyev "İnterfaks”a bildirib.

O əlavə edib ki, təhlükəsizlik baxımından sərhədin bağlanmasına qərar verilib.

Suvanəliyevin sözlərinə görə, ölkənin yüksək vəzifəli şəxsləri etiraz aksiyaları başlayandan bəri ictimaiyyət qarşısında görünməyiblər. Prezidentin bir neçə müraciəti internetdə yayımlansa da, onların harada yazıldığı məlum deyil.

"İş yerlərlərini tərk edən məmurlar gizli yerlərdədirlər. Dəqiq harada olduqlarını deyə bilmərik, çoxu gizlənib. Bəziləri, Boronov kimi, məsafədən işlədiklərini və istefa etmədiklərini israr edirlər. Böyük toqquşmalara səbəb ola biləcək bu cür revanşistlər çoxdur, - deyə Suvanaliyev bildirib.

Xatırladaq ki, Bişkekdə bazar ertəsi Ala-Too mərkəzi meydanında parlamentə keçməyən partiyaların tərəfdarları olan iki minə yaxın insan toplanıb. Onlar seçkilərin nəticələrini ləğv etməyi və qanunverici məclisə yeni seçkilərin keçirilməsini tələb ediblər. Gecə isə Qırğızıstanın paytaxtı Bişkekdə etiraz aksiyasının iştirakçıları dövlət başçısının administrasiyasının olduğu parlament binasını tutublar. Nümayişçilər həbsdə olan sabiq prezident Almazbek Atambayevi və keçmiş baş nazir Jantor Satıbaldiyevi azad ediblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol