• $
  • €
  • ₽
  • ₺
  • £

Qubadlıdakı məsciddən yeni - FOTOLAR

Qubadlıdakı məsciddən yeni - FOTOLAR
07.11.2020 09:02
"National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti (Reza Deghati) oktyabrın 25-də erməni işğalından azad edilən Qubadlı rayonuna səfər edib.

Öz instaqram hesabında rayonun Məmər kəndindəki 18-ci əsrə aid məsciddən fotolar paylaşıb. O, "Donuz tövləsinə döndərilmiş məscid” başlığı ilə paylaşdığı fotolara bu şərhi verib:

"Azərbaycan dünyəvi ölkədir. Burada müsəlmanlar, xristianlar, yəhudilər, zərdüştilər və bir çox başqa dinlər və inanclar sülh içində yaşayır. Azərbaycan qadınları Fransadan 20 ildən çox əvvəl səsvermə hüququ qazanıblar. Mən bu enerjini ölkə üzrə səyahət edərkən dəfələrlə müşahidə etmişəm.

Mən məscidə girdim, ətrafa baxdım, döşəmə nəcislə örtülmüşdü, qoxu ağır idi. Mən heyvanlara su verilən iki kasa gördüm. Əsgərlər mənə dedilər ki, onlar məscidi açanda ora donuzlarla dolu idi. Bu dini məkan uzun illər erməni işğalçıları tərəfindən donuzxana kimi istifadə edilib.
Müharibə və işğal şəraitində insanlar çox vaxt hörmət və ləyaqət hissini itirirlər. Ümid edək ki, sülh yarananda Qarabağ mənim dünyəvi Azərbaycan ətrafında hiss etdiyim eyni ab-hava ilə yaşayacaq”.










www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol