• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirusun ən çox zərər verən ştammı - ARAŞDIRMA

Koronavirusun ən çox zərər verən ştammı - ARAŞDIRMA
13.10.2021 14:38
ABŞ-da aparılan araşdırma nəticəsində məlum olub ki, koronavirusun ən çox maddi və mənəvi ziyan vuran ştammı "Delta"dır. Sözügedən ştammın yayılması ABŞ-da insanların təhsil, səhiyyə, maliyyə problemlərinin artması ilə nəticələnib. 
 
Dəyən zərərin öyrənilməsi üçün National Public Radio (NPR) bir qrup sakin arasında sorğu keçirib. Sorğuda 18 yaş və yuxarı 3616 ABŞ sakini iştirak edib. Avqustdan sentyabra qədər aparılan tədqiqatlarda  fərqli dildə danışan, müxtəlif etnik qruplara aid olanlar iştirak edib.

Sorğuda iştirak edən ailələrin üçdə ikisi, uşaqlarının təhsildən geri qaldığını və hər beş ailədən birini sağlamlıq problemi olsa da tibbi xidmət ala bilmədiyini söyləyib. Əhalinin əksəriyyətində tibbi sığorta olsa da, sağlamlıq xidmətlərindən yararlana bilməyiblər. ABŞ sakinlərinin 78 faizində tibbi sığorta var, 22 faizinə isə müxtəlif səbəblərdən verilməyib.

Sorğu iştirakçılarının 38 faizi son bir neçə ayda ciddi maliyyə problemləri ilə üzləşdiklərini bildirilib. Latın, qara və qızıldərili ailələrin 50, ağdərili ailələrin isə 29 faizi ciddi maliyyə problemi yaşayır. 

Harvard Chan Məktəbi Prof. Dr. Robert Blendon, "Delta" ştammının maddi ziyanına işarə edərək, "Hökumətin milyardlarla dollarlıq yardımına baxmayaraq, maddi çöküş yaşayan bir çox insan var", - deyə bildirdi.
 
Sorğu illik gəliri 50 min dollardan az olan amerikalıların 59 faizinin son bir neçə ay ərzində ciddi maliyyə problemləri yaşadığını, 50 min dollardan çox gəliri olanların isə 18 faizinin eyni problemdən əziyyət çəkdiyini müəyyənləşdirib.
 
Ölkədəki ailələrin üçdə ikisi "Delta"nın yayıldığı dövrdə dövlətdən maliyyə dəstəyi alıb.
 
ABŞ-da ailələrin 19 faizi pandemiya dönəmində öz təsərrüfatlarını itirib. Qaradərili ailələrin 31 faizi, latın və qızıldərili ailələrin dörddə biri təsərrüfatlarını tamamilə itirib. İllik gəliri 50 min ABŞ dollarından az olan ailələrin təsərrüfatını itirmək ehtimalı çox yüksək idi, bu da ölkədə təbəqələr arasında bəzi hallarda intriqaya gətirib çıxardı. 
 
Amerikanın 4 böyük şəhərində aparılan sorğu nəticəsinə görə, kirayə mənzil bazarına da ziyan dəyib. Həmçinin, Hauston şəhərində kirayə qalanların 53, Çiqaqoda 41, Los-Angelesdə 35, Nyu-Yorkda 32 faizi ödəniş etməkdə çətinlik çəkir. 

NPR-nin sorğusuna görə, COVID-19-un "Delta" ştammı ilə artan təsiri, bir çox amerikalının narahatlıq və yuxusuzluğa əsaslanan psixi problemlər yaşamasına səbəb olub.
 
Sorğuda iştirak edən amerikalıların yarısı, evdəki ən az bir insanın son aylarda ağır depressiya, stres və ya yuxu problemləri ilə mübarizə aparmaq məcburiyyətində qaldığını söylədi.

Fərqli sahələrdə sosial rifahın azaldığını ortaya qoyan araşdırma, ölkədəki etnik qrupların təhlükəsizlik ilə əlaqədar problemlərini də əhatə edir.

Araşdırmaya görə, asiyalı, amerikalı yetkinlərin dörddə biri irqi və ya etnik mənsubiyyətinə görə, son bir neçə ayda təhdid və ya fiziki hücum qorxusu yaşadıqlarını söyləmişlər.

Yerli Amerika cəmiyyətinin 22 faizi və qaradərililərin 21 faizi də təhdid və ya hücuma məruz qala biləcəklərindən narahatlıqlarını ifadə edib.
 
Sorğuda əhalinin böyük əksəriyyətinin "Delta" ştammına yoluxduğu məlum olub. Digər ştammların verdiyi zərərlərin cəmi isə "Delta"dan 50 faiz az olub. 
 
Ləman Qasımova 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol