• $
  • €
  • ₽
  • ₺
  • £

Atatürkün həyat yoldaşının boşanma məktubu hərraca çıxarılır

Atatürkün həyat yoldaşının boşanma məktubu hərraca çıxarılır
13.05.2014 10:00
Lətifə xanımın Atatürkdən boşanarkən irəli sürdüyü 7 səhifədən ibarət tələb məktubu satışa çıxarılacaq.

“Axar.az” xəbər verir ki, məşhur kolleksiyaçı Kamal Can Süleymaniyəyə məxsus “Levant Antika” tərəfindən “Rixos Pera” otelində təşkil edilən hərrac mayın 17-də keçiriləcək.Məktubda Lətifə xanımın tələbləri ilə yanaşı, Respublikanın ilk illərinə aid maraqlı məlumatlar da yer alıb. Maraqlısı isə odur ki, Lətifə xanımın məktubları karandaşla yazılıb.Məktubda Lətifə xanımın İsmət Paşa ilə aralarında olan söhbətləri də yer alıb. O, məktubda İsmət Paşaya müraciət formasında bildirir ki, mən evdən birdəfəlik olaraq çıxmadım:“Nə əşya aldım, nə də almaq məqsədilə əşyalardan danışdım. Paşam, bu evi birdəfəlik tərk edirəmsə, əvvəlcədən bilim. Onsuz da Paşa həzrətlərinin hesabları, pulu və bütün evi mənə verilib”.Lətifə xanım məktubda onun üçün maddi və mənəvi dəyər daşıyan şəxsi əşyalarından da danışır. Bu siyahıya mərhum nənəsindən xatirə qalan üç ədəd şal və sapı qızıl sədəfdən olan bir tapança da daxildir.Atatürkün həyat yoldaşının məktubunda diqqət çəkən məqam onun boşanacağı təqdirdə yalnız ailəsi tərəfindən verilən xüsusi əşyaları tələb etməsidir.Məktubları hərraca çıxaracaq kolleksioner Kamal Can Süleymaniyyə qeyd edir ki, Lətifə xanım məktubun sonunda bu günə qədər olduğu kimi, bundan sonra da paşanın lehinə və əleyhinə heç bir söz işlətməyəcəyini bildirib.Süleymaniyyə deyir ki, məktubun sirrinin pozulmaması və onu hərracda alacaq adamın haqqlarını pozmamaq üçün məktubda yazılanlar haqqında daha ətraflı məlumat verməyəcək.Süleymaniyyə qeyd edir ki, hərracda satılacaq əşyalar arasında Atatürkün imzası olan bir fotoşəkil, 1891-ci ildə Osmanlı torpaqlarında ilk dəfə qurulan bir sığorta firmasının sənədi, Qanuni Sultan Süleymanın Ərzurum Bəylərbəyinə göndərdiyi fərman da var. O, həmçinin, hərracda kolleksionerlərin marağına səbəb olacaq bir çox fotoşəkil, cib saatı, Osmanlı medal və nişanları kimi 1500-ə qədər müxtəlif əsərlər də təqdim edəcək.  ANN.Az 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol