• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada azərbaycanlı qardaşlar həbs olundu

Rusiyada azərbaycanlı qardaşlar həbs olundu
11.04.2014 15:28
Rusiyanın Murmansk şəhərində üç azərbaycanlını qətlə yetirməkdə təqsirli bilinən iki nəfər həbs olunub. APA-nın Rusiya bürosunun məlumatına görə, Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşları Nəriman Axundov, Sədi Əzizov və Rusiya vətəndaşı, Murmanskdakı “Karina” ticarət mərkəzinin sahibi Həbib Kərimovun qətlində şübhəli bilinən şəxslər Voronej şəhərində yaxalanıblar. Saxlanılan şəxslərin azərbaycanlı olduqları bildirilib. Murmansk Şəhər Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin rəisi Maksim Smirnov qətldə şübhəli bilinərək saxlanılan şəxslərin iki qardaş olduğunu söyləyib. M. Smirnov şübhəli şəxslərdən birinin yeni Rusiya vətəndaş pasportu əldə etdiyini və haqqındakı məlumatları dəyişdiyini bildirib: "Saxlanılan şəxslərin məlum cinayət hadisəsində iştirakına dair sübutlar götürülüb. Lakin onlar hələlik cinayəti törətdiklərini boyunlarına almırlar". Şöbə rəisi istintaq sirri olduğundan saxlanılan azərbaycanlıların adlarını da açıqlamayıb: “Qətldə şübhəli bilinən qardaşların hər ikisi idmanın qaydasız döyüş növü ilə məşğul olub. Heç bir ailəli deyil”. Qeyd edək ki, ötən il dekabrın 4-də axşam saatlarında Murmansk şəhəri Xibinski küçəsi, ev 12 ünvanında silahlı insident qeydə alınıb. Nəticədə iki Azərbaycan vətəndaşı, Lənkəran rayon sakinləri - 1976-cı il təvəllüdlü Nəriman Axundov və 1970-ci il təvəllüdlü iş adamı Sədi Əzizov ölüb, 1971-ci il təvəllüdlü Rusiya vətəndaşı, Murmanskdakı “Karina” ticarət mərkəzinin sahibi Həbib Kərimov isə ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən H. Kərimov komadan ayılmayıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci (iki və ya daha çox adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Təqsirləri sübuta yetiriləcəyi təqdirdə azərbaycanlı qardaşları 20 il və ya ömürlük müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol