• $
  • €
  • ₽
  • ₺
  • £

AŞPA Rusiyanı səsvermə hüququndan məhrum etdi

AŞPA Rusiyanı səsvermə hüququndan məhrum etdi
10.04.2014 21:31
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının dördüncü iş günündə Rusiya nümayəndə heyətinin səlahiyyətlərinə yenidən baxılması ətrafında müzakirələr aparılıb.
ANS PRESS-in verdiyi məlumata görə, müzakirələrdə çıxış edən deputatların əksəriyyəti Rusiya ilə Ukrayna arasında yaranmış gərgin vəziyyətə görə Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsini tələb edib, bəzi ölkələr isə iki dövlət arasında dialoqa tərəfdar olduqlarını bildiriblər.
Sessiyadan əvvəl keçirilən Monitorinq Komitəsində Rusiya nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsinə dair çıxardığı qərara etiraz edən nümayəndə heyəti bir nəfər kimi sessiyanı tərk edib.
Müzakirə olunan məsələ ilə bağlı qəbul edilən qətnamə layihəsində 2015-ci ilin yanvar sessiyasınadək Rusiya nümayəndə heyətinin qurumda səsvermə hüququnun dondurulması qərara alınıb.
Səsvermə zamanı 145 deputat qətnamə layihəsinin lehinə, 21-i əleyhinə səs verib, 22 nəfər bitərəf qalıb.
Bundan əlavə, Assambleya növbəti qış sessiyasınadək Rusiya nümayəndə heyətinin qurumun Bürosunda, Sədrlər Komitəsi, eləcə də Daimi Komitəsində təmsil olunmaq hüququnun dondurulmasına qərar verib.
Qətnamə layihəsində Ukraynanın ərazi bütövlüyü və suverenliyi dəstəklənib.
Səsvermədən sonra Avropa Şurasında jurnalistlər üçün mətbuat konfransı keçirən Rusiya nümayəndə heyətinin sədri Aleksey Puşkov bu sessiyanı tərk edəcəyini bildirib.
Rusiya nümayəndə heyətinin bundan sonrakı fəaliyyəti, o cümlədən iyun sessiyasında iştirakına dair məsələyə münasibət bildirərkən A.Puşkov deyib: “AŞ PA-nın işində iştirak edib-etməmək hüququnu özümüzdə saxlayırıq. Biz fəaliyyətimizi davam etdirmək və ya təşkilatı tərk etməklə bağlı qərarı özümüz verəcəyik. Bununla bağlı qərar 2-3 həftəyə verilə bilər və AŞ PA rəhbərliyi bu barədə məlumatlandırılacaq”.
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol