• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan sabah İrana gedəcək - Hansı məsələr müzakirə oluna bilər? - ŞƏRH

Paşinyan sabah İrana gedəcək - Hansı məsələr müzakirə oluna bilər? - ŞƏRH
31.10.2022 17:42
Ermənistan baş naziri Nikol Paşinyan noyabrın 1-də İrana səfərə gedəcək. Bu barədə İranın yerli KİV-ləri məlumat yayıb. 
 
Belə ki, İran prezidenti İbrahim Rəisi ilə Nikol Paşinyanın görüşü gözlənilir. Görüş zamanı bir sıra regional və ikitərəfli məsələlərin müzakirə ediləcəyi nəzərdə tutulub. 

İran və Qafqz üzrə siyasi şərhçi  Kerim Askerinin fikrincə Paşinyanın İranın səfərə etməsinin Azərbaycan və Ermənistan üçün əhəmiyyəti var.
 
"Nikol Paşinyanın İrana səfəri İran prezidentinin dəvəti ilə bağlıdır. Ermənistanın baş naziri görüşdə bir sira siyasi və iqtisadi məsələləri müzakirə edəcək. Bir necə gün öncə İran Qafanda tez-tələsik konsulluq açdı və Ermənistanın da Təbrizdə konsulluq açması məsələsi gündəmə gəldi. Eyni zamanda İranın Azərbaycanla sərhəddə hərbi təlim keçməsi Azərbaycana qarşı xəbərdarlıq, Erməsitana qarşı isə dostluq mesajı idi", - Kerim Askeri vurğulayıb.

 
Ekspert hesab edir ki, Paşinyanın bu görüşündə iki məsələni diqqətdə saxlamaq lazımdır.
 
"Birinci Zəngəzur dəhlizi, hansı ki, İran bu dəhlizin açılmasını qəti şəkildə istəmir. Dəfələrlə bunu açıq şəkildə də deyib. İkinci isə Xankəndi məsələsi. İran istəyir ki, hazırda Ermənistanın nəzarətində olan ərazilər Azərbaycana qaytarılmasın. Bir sözlə İran ümumiyyətlə Qarabağ məsələsinin həll olunmaması üçün cəhdlər edir, - Askeri bildirib.
 
Oktyabrın 21-də Ermənistanın Qafan şəhərində İranın Baş konsulluğu açılıb.Açılış mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian iştirak edib.
 
Ekspertlər isə İranın belə tez-tələsik Qafanda konsulluq açmasını bir növ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan səfərinə cavab kimi dəyərləndirirlər.
 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol