• $
  • €
  • ₽
  • ₺
  • £

Əlvida, “Windows XP!”

Əlvida, “Windows XP!”
08.04.2014 10:05
“Windows XP” əməliyyat sisteminin (ƏS) dəstəyi dayandırılır: aprelin 8-dən “Microsoft” korporasiyası bu ƏS-dəki boşluqları aradan qaldırmayacaq və hakerlər sözügedən platforma ilə işləyən kompüterlərə daha asanlıqla hücum edə biləcəklər. Ekspertlər əmin edirlər ki, kompüterdəki informasiyanı təhlükəsiz saxlamağın üsulu “Windows” sisteminin yeni versiyasını quraşdırmaqdır. “Windows XP” əməliyyat sistemi 2001-ci il oktyabrın 25-də buraxılıb və indiyədək dünyanın ən populyar platformalarından biridir: “Windows 7”-dən sonra ikinci yerdə qərarlaşıb. Lakin tezliklə vəziyyət dəyişəcək: artıq aprelin 8-dən “Microsoft” şirkəti “Windows XP” sisteminin rəsmi dəstəyini və xidmət göstərilməsini dayandırır. Hətta “Avropol” istifadəçilərə “Windows XP”-dən yeni “Windows” versiyasına və ya başqa ƏS-nə keçməyi tövsiyə edib. "İnsanlar başa düşməlidirlər ki, əgər “Windows XP” ilə işləyən  kompüterləri internetə qoşulubsa, o zaman onlar təhlükə ilə üz-üzədirlər, bu, həm sadə vətəndaşlar, həm özəl sektor, həm də hökumətlərə aiddir – “Avropol”dan bildirilib. “NetMarketShare” analitik şirkətinin hesablamalarına görə, martda masaüstü əməliyyat sistemləri arasında “Windows XP”-nin bazar payı 1,84 faiz azalaraq 27,69% olub. Bu halda, araşdırmaya əsasən, bir çox istifadəçilər “Windows XP”-dən “Windows 8” deyil, “Windows 7” sisteminə keçməyə üstünlük verirlər. 2014-cü ilin martında sonuncu ƏS-nin payı 1,46 faiz artaraq 48,77 faizə çatıb, "səkkiz"in istifadəçilərinin sayı isə eyni vaxtda yalnız 0,62 faiz artıb. Analitiklər bildirirlər ki, “Windows 7” platforması “Windows XP”-nin rekordunu (uzunmüddətli) təkrarlamaq şansına malikdir. Qeyd edək ki, ABŞ-da ən böyük bankomat təchizatçısı “NCR” şirkətinin məlumatına görə “Windows XP” platforması bankomatların 95 faizinə quraşdırılıb.//İctnews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol