• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə ermənilərə yardım etməyə hazırdır – BƏYANAT

Türkiyə ermənilərə yardım etməyə hazırdır – BƏYANAT
03.04.2014 15:00

“Ölkəmizə gəlmək istəyirlərsə, xoş gəlib, səfa gətirərlər”.

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Suriyanın əsasən ermənilər yaşayan Kəssab bölgəsində atışmaların güclənməsində Türkiyənin hər hansı müdaxiləsinin olmadığını açıqlayıb.

ANN.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə KİV-in verdiyi məlumata görə, Davudoğlu insani məsələlər müzakirə mövzusu olduqda Türkiyənin heç bir etnik və dini ayrı-seçkilik göstərməyəcəyini qeyd edib.

Nazir bəzi çevrələrin qəsdən Türkiyənin orada qarşıdurmaya dəstək verməsi ilə bağlı şayiələr yaydığını vurğulayıb.

Davudoğlu Suriyada yaşayan ermənilərin sıxıntı ilə qarşılaşacaqları halda Türkiyə torpaqlarına gələ biləcəklərini deyib:

“Hər cür yardım etməyə hazırıq. Xüsusilə də erməni toplumuna səslənmək istəyirəm, heç bir təxribat xarakterli şərhlərə aldanmasınlar. Türkiyə erməni camaatının da içərisində olduğu çox mədəni ölkədir. Kəssabdan və ya başqa bir yerdən ermənilər Türkiyəyə gəlmək istəyirlərsə xoş gəlib, səfa gətirərlər”.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol