• $
  • €
  • ₽
  • ₺
  • £

“Seçkilərdə Türkiyənin udduğunu qeyd edə bilərik” – AÇIQLAMA

“Seçkilərdə Türkiyənin udduğunu qeyd edə bilərik” – AÇIQLAMA
01.04.2014 14:46
Türkiyədə keçirilən bələdiyyə seçkiləri hələ də dünya mətbuatının diqqət mərkəzindədir. Bu seçkilər ötən dəfəkilərdən çox fərqlənirdi və hər kəs Türkiyənin böyük sınaq qarşısında olduğunu bildirirdi. Baş nazir Ərdoğan və onun dəstəkləyənlər Fətullah Gülən camiəsinin dövlətə paralel dövlət təşkil etdiyini bildirir və bunu ləğv etməyin vacibliyindən danışırdılar. Gülənin müttəfiqlərinin də AKP-ni tarixin arxivinə göndərmək üçün bütün gücünü ortaya qoyduğu hiss olunurdu. Seçki bitdi və AKP demək olar ki, prosesdən qalib kimi ayrıldı. Bundan sonra Türkiyənin taleyi necə olacaq?ANN.Az-a açıqlamasında politoloq Mütəllim Rəhimli qardaş ölkədə keçirilən seçki prosesini də dəyərləndirib.M.Rəhimli açıqlamasında seçkiləri Türkiyənin ən böyük uğuru adlandırıb: “Əvvəla, xüsusi qeyd etmək lazımdır ki, seçkilərin demokratik şəkildə keçirilməsi Türkiyənin ən böyük uğuru hesab olunmalıdır. Həm təbliğat kampaniyasının gedişi, həm də seçki günü yaradılan şərait onu deməyə əsas verir ki, siyasi qurumların yeganə istinad yeri seçicilər olub. Ona görə də xalqın seçdiyi bələdiyyələrin ölkənin gələcək inkişafında, türk xalqının birliyində müstəsna rol oynayacağı düşüncəsindəyəm. Seçkilərdə AKP-nin qələbə qazanması Ərdoğan hakimiyyətinin ölkə üçün etdiklərinin xalq tərəfindən qiymətləndirildiyini göstərir”. O, həmçinin bildirib ki, xalq qarşılıqlı ittihamlarla yadda qalan koalision hakimiyyəti yox, bir partiyanın iqtidarını istəyir: “Bizim üçün seçkilərin nəticələri ona görə əhəmiyyətlidir ki, Respublikamızı yeganə olaraq təmənnasız müdafiə edən Türkiyənin daxili nizamı qorunsun və bu ölkə daha da güclənsin. Seçkilərin nəticələri Türkiyə daxilində gözlənilən qarşıdurmaları, siyasi böhranı aradan qaldıracaq. O regional dövlət statusunu qoruyacaq. Çünki xalq qarşılıqlı ittihamlarla yadda qalan koalision hakimiyyəti yox, bir partiyanın iqtidarını istəyir. Nəticələr onu deməyə əsas verir ki, Türkiyə siyasi, iqtisadi sahədə daha da irəli gedəcək, uğurlar qazanacaq. Deməli, seçkilərdə Türkiyənin udduğunu qeyd edə bilərik”.SeymurANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol