• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı oliqarxlar Londonu alırlar

Azərbaycanlı oliqarxlar Londonu alırlar
31.03.2014 15:40

Azərbaycan, Qazaxıstan və Gürcüstandan olan zənginlər son iki il ərzində Londonda 3 milyard dollarlıq dəbdəbəli mənzil alıblar.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti yazır.Bildirilir ki, ərazilərinin bir hissəsi bu yaxınlarda Rusiya tərəfindən zəbt olunan Ukrayna zənginləri də Londonda daşınmaz əmlak alışı üzrə liderlik edirlər. Bu ölkədən olan zənginlər Londonda daşınmaz əmlak almaqda nəhayət Rusiyadan olan zənginləri qabaqlayıblar.Yeni məlumatlara görə, ukraynalılar Londonda daşınmaz əmlak alan keçmiş sovet bloku ölkələri vətəndaşları arasında liderlik edirlər. Qəzet yazır ki, Ukrayna ilə yanaşı, Azərbaycan, Gürcüstan və Qazaxıstan zənginləri də Londonda daşınmaz əmlaka milyardlarla dollar pul xərcləyirlər. Bu üç ölkədən olan zənginlər son iki il ərzində Londonda 2 milyard funt-sterlinq (təxminən 3 milyard dollar) dəyərində daşınmaz əmlak alıblar.“Beauchamp Estates” adlı daşınmaz əmlak şirkətinin araşdırmalarına görə, ukraynalıların öz pullarını Londonda daşınmaz əmlaka yönəltməsi bu ölkədəki son siyasi gərginliklə bağlıdır. Azərbaycan, Ukrayna və digər keçmiş sovet respublikalarından olan zənginlər əsasən Londonun Mayfair, Rijents-park, Naytsbric, Belqraviya rayonlarında daşınmaz əmlak alırlar. Bu rayonlarda evlərin qiyməti 15 milyon funtdan 60 milyon funta qədər dəyişir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol