• $
  • €
  • ₽
  • ₺
  • £

Qarsın bələdiyyə başqanı Azərbaycan türkü seçildi

Qarsın bələdiyyə başqanı Azərbaycan türkü seçildi
31.03.2014 13:48

Dünən Türkiyədə keçirilən yerli bələdiyyə seçkilərində Milliyyətçi Hərəkat Partiyasından Qars Şəhər Bələdiyyəsinə namizədliyini irəli sürən Murtaza Karaçanta seçkiləri qazanaraq, şəhərin bələdiyyə başqanı seçilib. 

Onu xatırladaq ki, Murtaza Karaçanta eyni zaman Qars-Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri olub və bölgədə nüfuzu ilə seçilən şəxslərdəndir. Əslən Qərbi Azərbaycandandır.

Murtaza Karaçantanı yaxından tanıyan "BayMedia" saytının redaktoru, qəzetinin jurnalist Elnur Eltürk Murtaza bəyi çalışqan, səmimiyyəti və vətənpərvərliyi ilə seçilən şəxs olduğunu bildirib: ”Qarsda Azərbaycanla bağlı bir sıra mədəniyyət tədbirlərinin keçirilməsinin təşkilatçılarından olub. Milliyyətçi Hərəkat Partiyası çox düzgün addım ataraq, onun namizədliyini irəli sürdü. Nəticədə də istədikləri kimi oldu. Onun Qarsda böyük nüfuzu var. Seçkiləri qazanması real idi. 

Hər şeydən öncə Qarsın Azərbaycan üçün strateji önəmi var. Ermənistan hər zaman Qarsda mövqeylərinin güclənməsini istəyib və orda milliyyətçi düşüncəli insanların rəhbərliyə gəlməsindən narahat olub. Əgər xatırlayırsınızsa, bir neçə il bundan öncə Türkiyə-Ermənistan dostluq abidəsi orda inşa edilmişdi və sonradan söküldü. Buna qarşı ən sərt etirazını bildirənlərdən biri də Murtuza Karaçanta olmuşdu. Mən Murtaza bəyi və seçkilərdə əziyyət çəkən şəxsləri təbrik edirəm”.

Qaynar.info

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol