• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Ukraynanın ərazi bütövlüyü əleyhinə niyə səs verdi?

Ermənistan Ukraynanın ərazi bütövlüyü əleyhinə niyə səs verdi?
30.03.2014 12:15

“Ermənistanın BMT-də Krımla bağlı qətnaməyə səs verməsi Ukrayna ilə münasibətlərinə təsir etməyəcək”. Bu barədə Ermənistan XİN rəhbərinin müavini Şavarş Köçəryan Ermənistanın martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyü haqqında qətnamənin əleyhinə səs vermək qərarını şərh edərkən bildirib. 

“Ermənistan xalqların öz müqəddaratını təyinetmə prinsipini ərazi bütövlüyü prinsipinə qurban verə bilməzdi”, deyə o əlavə edib.

O qeyd edib ki, Ermənistan və Ukrayna arasındakı münasibətlər hər zaman olduğu kimi bundan sonra da  normal qalacaq.

Xatırladaq ki, Ukrayna XİN rəsmi nümayəndəsi Yevgeni Perebiynis bəyan edib ki, Ermənistan və Belarusun mövqeyi Ukraynanı çox təəssüf edib. O açıqlamasında Kiyevin bu ölkələr ilə münasibətlərinə yenidən baxılacağını istisna etməyib.

Qeyd edək ki, Ukraynanın ərazi bütövlüyü haqqında qətnamənin qəbul olunmasına Azərbaycan da daxil olmaqla 100 ölkə, əleyhinə Ermənistan və Belarus da daxil olmaqla 11 ölkə səs verib. Özbəkistan və Qazaxıstan da daxil olmaqla 58 ölkə bitərəf qalıb.

APA

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol