• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada oğurlanmış hərbi hissə komandiri Sevastopolda həbsxanaya salınıb

Ukraynada oğurlanmış hərbi hissə komandiri Sevastopolda həbsxanaya salınıb
23.03.2014 09:38

Ukraynanın Belbek şəhərində oğurlanmış hərbi hissə komandiri Yuliy Mamçur həbs edilərək Sevastopoldakı hərbi həbsxanaya salınıb.

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Yuliy Mamçurun həyat yoldaşı bildirib.  

 

Onun sözlərinə görə, Y.Mamçur ona zəng edərək həbs olunduğunu və Sevastopoldakı hərbi həbsxanaya gətirildiyini bildirib. Bu sözləri dedikdən dərhal sonra telefon əlaqəsi kəsilib.  

 

Bundan əvvəl Yuliy Mamçurun Rusiya hərbçiləri tərəfindən oğurlandığı bildirilirdi.

 

Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə media mərkəzinin rəhbəri Vladislav Seleznev bildirib ki,  Yuliy Mamçuru sonuncu dəfə aviabazaya edilən hücumdan sonra, hərbi geyimdə olan naməlum şəxslə söhbət edərkən görüblər. 

 

Qeyd edək ki, martın 22-də Rusiya ordusu Ukraynanın Belbek şəhərindəki hərbi hissəsini ələ keçirib.

 

Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin Aleksandr Pokrışkin adına 204-cü taktiki aviasiya briqadasının ərazisinə həyata keçirilmiş hücum zamanı KİV əməkdaşı və Ukrayna hərbçisi yaralanıb.

 

“Rusiya xüsusi təyinatlıları, ənənəvi olaraq, Ukrayna hərbçilərinə ultimatum irəli sürüb, sonra isə silah və işıq-səs qumbaralarından istifadə edərək, hərbi texnikanın köməyi ilə darvazanı uçurub hərbi hissənin ərazisinə daxil olublar. Hücum zamanı mətbuat nümayəndəsi və Ukrayna hərbçisi bədən xəsarətləri alıb, yaralılar “təcili yardım” maşını ilə xəstəxanaya aparılıb”, deyə açıqlamada bildirilib.  

 

Nəticədə, Ukrayna hərbçiləri silahı hərbi hissədəki silah və döyüş sursatı saxlanılan otağa təhvil verərək Ukrayna dövlət himnin sədaları altında hərbi hissəni tərk etməyə məcbur olublar.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol