• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna taxılının Qara dənizdən təhlükəsiz ixracına dair saziş sabah başa çatır

Ukrayna taxılının Qara dənizdən təhlükəsiz ixracına dair saziş sabah başa çatır
17.05.2023 16:17
Ukrayna taxılının Qara dənizdən təhlükəsiz ixracına dair sazişi mayın 18-də başa çatır və Ukrayna razılaşmanın uzadılmayacağını istisna etmir. Bu barədə "Reuters” agentliyi BMT rəsmisinə istinadən məlumat verib.
 
Bildirilir ki, mayın 17-də Rusiyanın sazişdən çıxmasına bir gün qalmış, müqavilə çərçivəsində sonuncu gəmi Ukrayna limanını tərk etməlidir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən həftə razılaşmanın ən azı iki ay uzadılacağını düşündüyünü bildirib.

Ukrayna Xarici İşlər Nazirliyi bu həftənin əvvəlində bildirib ki, danışıqlardan sonra vəziyyət dəyişməyib və taxıl müqaviləsi və onun davam etdirilməsi ehtimalı ilə bağlı kifayət qədər ziddiyyətli məlumatlar var.

Qara dəniz taxıl müqaviləsinə tabe olan sonuncu gəminin Ukraynanı tərk etdiyi məlum olub. 

BMT-nin məlumatına görə, DSM Capella gəmisi 30 min ton qarğıdalı ilə Çernomorsk limanından çıxıb və Türkiyəyə doğru gedib.

Rusiya tərəfi iddia edir ki, Rusiyanın ərzaq və gübrə ixracı Qərb sanksiyalarına məruz qalmasa da, ödənişlər, logistika və sığorta ilə bağlı mövcud məhdudiyyətlər onun tədarükünə maneəyə çevrilib. 
 
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild ötən həftə Rusiyanın tammiqyaslı işğaldan əvvəlki səviyyədə, hətta yüksək olmasa da, eyni səviyyədə taxıl və gübrə ixrac etdiyini söyləyib.
 
Aytac

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol