• $
  • €
  • ₽
  • ₺
  • £

Krımın taleyi sabah həll olunacaq

Krımın taleyi sabah həll olunacaq
15.03.2014 12:06
Muxtar vilayətdə sabah keçirilməsi nəzərdə tutulan referendum üçün 1 milyon 550 min bülleten çap edilərək, 1200 seçki məntəqəsi hazırlanıbDünya  Krımda referenduma bir gün qalır. ANS PRESS-in məlumatına görə, muxtar vilayətdə referenduma son hazırlıq işləri görülür. Rəsmi məlumatlara görə, səsvermə üçün 1200 məntəqə hazırlanıb. Artıq 1 milyon 550 min bülleten çap edilib. Krımda referendumun gedişini çəkmək üçün Rus telekanalları səfərbər olublar. Sevastopol sakinləri isə referenduma qəribə şəkildə hazırlaşırlar. Segodnya.ua-nın müxbiri Sevostopol sakinlərinin referendumdan öncə bankomatdan pul çıxararaq mağazaya araq almağa tələsdiklərini yazır. "Rusiya bahaçılıq deməkdir. İndi arağı ucuz qiymətə alaraq sonradan baha satmaq olar", - deyə növbədə olanlar bildiriblər. Krım sakinləri ümumilikdə mağazalara axışaraq ərzaq məhsulıları alırlar. Onlar daha çox makaron, yarma, konserv və digər məhsullar almağa üstünlük verirlər. Bankomatların ətrafında növbələr gözə dəyir. Qeyd edək ki, Krımda referendum sabah baş tutacaq. Ukraynanın yeni müvəqqəti hökuməti və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının xarici işlər naziri Didye Burkhalter martın 16-da Krımda keçirilməsi nəzərdə tutulan referendumun qeyri-qanuni olduğunu bildiriblər. Xatırladaq ki, Krımda vəziyyət Ukraynanın paytaxtı Kiyev şəhərində Evromaydan aksiyalarından sonra gərginləşib. Prezident Viktor Yanukoviç paytaxtı tərk edərək Rusiyaya getdikdən sonra yerli özünümüdafiə qüvvələri adlandırılan birliklər Krıma təyin olunmuş yerli hakimiyyəti qəbul etməyərək muxtar vilayətdə referendum keçirilməsinə qərar vermişdi. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol