• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada nə qədər azərbaycanlı yaşayır? - RƏSMİ

Ukraynada nə qədər azərbaycanlı yaşayır? - RƏSMİ
12.03.2014 13:18
Azərbaycanlılar müxtəlif səbəblərdən xarici ölkələrə gedib orada daimi yaşamaq qərarı verirlər. Diasporla İş üzrə Dövlət Komitəsinin informasiya şöbəsinin müdiri Elşad Miraləm Modern.az saytına bu haqda məlumat verib.Modern.az  xəbər verir ki, şöbə müdirinin dediyinə görə, onlar müxtəlif yerlərdə məskunlaşırlar:“Bu ölkələr arasında İran, Türkiyə, Rusiya, Ukrayna, ABŞ, Almaniya, İsveç, Hollandiya üstünlük təşkil edir. İranda 30 milyona, Türkiyədə 3 milyona, Rusiyada 2 milyona, Ukraynada 500 minə, ABŞ-da 450 minə yaxın, Almaniyada 100 mindən çox azərbaycanlı yaşayır”.Şöbə müdiri bildirib ki, İsveçdə, Hollandiyada və digər Avropa ölkələrində yaşayan azərbaycanlıların əksəriyyəti başqa ölkələrdən köçən azərbaycanlılar olduğundan, onların statistikası ilə bizdə heç bir rəsmi məlumat olmur. Onun sözlərinə görə, xarici ölkələrdə yaşayan azərbaycanlılar müxtəlif sahələrdə çalışır. Almaniyada yaşayanlar daha çox xidmət sahəsində, Rusiyada daha çox ticarət sahəsində fəaliyyət göstərir:“Son illərin tendensiyası onu deməyə əsas verir ki, azərbaycanlıların ictimai-siyasi həyatda iştirakının səviyyəsi daha çox artır. Azərbaycanlılar əvvəlki illərlə müqayisədə kütləvi informasiya vasitələrində, ayrı-ayrı qeyri-hökumət təşkilatlarında, tibb sahəsində, müxtəlif universitetlərdə, elmi mərkəzlərdə daha çox təmsil olunur. Hesab edirik ki, bu, gələcəkdə Azərbaycan diasporunun təkmilləşməsinə öz layiqli töhvəsini verəcək”.Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin  bildirdiyinə görə, Azərbaycanda neft-qaz sahəsində Britaniya vətəndaşları, tikinti sahəsində  Türkiyə vətəndaşları üstünlük təşkil edir:“Ümumilikdə isə Nazirlər Kabineti əmək mühacirləri ilə bağlı kvota müəyyən edir. Bu kvotanın sayı, nəticələri açıqlanmalıdır. Kvotaya əməl olunub-olunmaması ilə bağlı hesabatlar hazırlanmalıdır. Belə bir hesabatı isə biz görməmişik”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol