• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir oğlu təyyarəni geri qaytartdı

Nazir oğlu təyyarəni geri qaytartdı
07.03.2014 15:30
Livandan İraqa uçan təyyarə geri qayıdıb. ANS PRESS-in məlumatına görə, MEA Hava yollarına aid sərnişin təyyarəsi İraqın nəqliyyat nazirinin oğlu gecikərək təyyarə minə bilmədiyi üçün geri qayıtmalı olub. Beyrut-Bağdad təyyarəsi 6 dəqiqəlik gecikmə ilə saat 12.40-da havaya qalxıb. Gecikməyə səbəb sərnişinlərdən olan İraq nəqliyyat naziri Hadi əl Amirinin oğlu Mehdi əl Amiri və dostlarının bütün anonslara baxmayaraq təyyarəyə gəlməməsi olub. Nazir oğlu qapıya yaxınlaşanda isə təyyarənin qalxdığını görərək hirslənib."O təyyarənin Bağdada enməsinə icazə verməyəcəm", deyərək qışqırıb. Təyyarə qalxandan 21 dəqiqə sonra geri qayıdıb. Hava yolu şirkətinin rəsmisi isə bunun xoşagəlməz hal olduğunu deyib. İraq tərəfi təyyarənin Beyruta qayıtdığını təsdiqləsə də, buna səbəb olaraq nazir oğlunu göstərməyib. Əsas səbəb olaraq Bağdad hava limanında təmizlik işləri ilə bağlı heç bir təyyarənin enişinə icazə verilmədiyi göstərilib. Nəqliyyat Nazirliyinin mətbuat katibi isə nazir övladının adının ümumiyyətlə sərnişinlərin siyahısında olmadığını deyib. Bağdad hava limanının adını açıqlanmayan əməkdaşı isə həmin gün 30-a yaxın təyyarənin uçuş etdiyini, lakin ancaq qeyd edilən təyyarənin geri qaytarıldığını deyib. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol