• $
  • €
  • ₽
  • ₺
  • £

Obama: Rusiyaya qarşı sanksiyalar davam etdiriləcək

Obama: Rusiyaya qarşı sanksiyalar davam etdiriləcək
07.03.2014 13:17
ABŞ Prezidenti Barak Obama Rusiya və Ukrayna arasında Krımla bağlı birbaşa danışıqların tərəfdarıdır. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.O, Krım parlamentinin muxtar respublikanın öz müqəddəratını təyin etməsi üzrə referendum keçirmək barədə qərarı ilə razılaşmadğını bildirib və Rusiyaya qarşı sanksiyaların tətbiqinin davam etdiriləcəyini vəd edib: "Krımın gələcəyi ilə bağlı referendum təklifi Ukrayna konstitusiyası və beynəlxalq hüquqa ziddir".B.Obama qeyd edib ki, lakin böhranı Rusiyanın və Ukrayna xalqının maraqlarına hörmətlə həll etməyin yolu var: "Ukraynanın bütün əhalisinin, o cümlədən etnik rusların hüquqlarına ehtiramın təmin edilməsi üçün beynəlxalq müşahidəçiləri Krım daxil olmaqla bütün Ukrayna ərazisinə buraxmaq lazımdır".ABŞ Prezidenti bildirib ki, beynəlxalq ictimaiyyətin iştirakı ilə Rusiya və Ukrayna arasında məsləhətləşmələrə başlamaq lazımdır.O, Rusiyaya qarşı sanksiyaların tətbiqinin davam etdiriləcəyinə və Şərqi Avropada müttəfiqləri dəstəkləyəcəyinə söz verib.Qeyd edək ki, martın 6-da Krım parlamenti muxtar respublikanın Rusiyanın tərkibinə daxil edilməsi və respublikanın hüquqlarının genişləndirilməsi ilə bağlı referendumun vaxtının martın 16-na keçirilməsi barədə qərar qəbul edib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol