• $ 1.7
  • € 1.9776
  • ₽ 0.021807
  • ₺ 0.0393
  • £ 2.2772

Timoşenko: “Rusiyanın Qara dəniz donanması Ukraynadan çıxarılmalıdır”

Timoşenko: “Rusiyanın Qara dəniz donanması Ukraynadan çıxarılmalıdır”
05.03.2014 18:54
“Krımda baş verən hadisələr Xarkov razılaşmasının denonsasiya edilməsinin vacibliyini ortaya qoyur”.APA-nın xəbərinə görə, bunu “Batkivşina” (Vətən) Partiyasının lideri Yuliya Timoşenko “BBC Ukrayna”ya müsahibəsində deyib. O bildirib ki, Rusiyanın Qara dəniz donanması müharibə və qeyri-sabitlik mənbəyidir. Xatırladaq ki, 2010-cu il aprelin 21-də Ukrayna və Rusiya prezidentləri Viktor Yanukoviçlə Dmitri Medvedev Rusiyanın Qara dəniz donanmasının Krımda qalma müddətinin 25 il uzadılması barədə müqavilə imzalayıblar.    Sabiq baş nazir 2009-cu ildə Rusiya ilə imzaladığı qaz sazişinə haqq qazandıraraq qeyd edib ki, Rusiya qazına görə real bazar qiymətlərinin ödənməsi Ukraynanın enerji müstəqilliyinə əsas yaradır: “Nə qədər ki, biz Kremllə siyasi qiymət üzərində razılıq əldə edəcəyik, Ukrayna heç vaxt müstəqil olmayacaq. Ona görə də biz daha əvvəl imzaladığımız sazişi yerinə yetirəcəyik. Bu saziş düzgün idi”.  Y.Timoşenko Ukraynada formalaşan yeni hakimiyyətin legitim olmadığına dair Rusiya prezidentinin bəyanatlarına da münasibət bildirərək bəyan edib ki, yeni hakimiyyət tam legitimdir və bütün dünya tərəfindən tanınıb: “Bu, onun subyektiv fikridir. Hesab edirəm ki, bu cür bəyanatlar Putinin Ukraynada öz təsirini saxlamaq üçün göstərdiyi ümidsiz cəhdlərdir. Kreml Ukraynanı ona tabe olan ərazi hesab etməyə son qoymalıdır. Artıq Ukraynada o cür siyasətçilər yoxdur ki, onların vasitəsilə Rusiya öz strategiyalarını və imperiya maraqlarını həyata keçirdin. Putin bununla barışmalıdır”.   ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər


Tramp Zelenski ilə görüşün yaxşı keçdiyini deyib
Dünya 17:48
Tramp Zelenski ilə görüşün yaxşı keçdiyini deyib
Türkiyə uçot dərəcəsini 37%-ə endirib
Dünya 16:21
Türkiyə uçot dərəcəsini 37%-ə endirib

Qəzzanın bərpası ilə bağlı planlar açıqlanıb
Dünya 16:11
Qəzzanın bərpası ilə bağlı planlar açıqlanıb

Ermənistan "Sülh Şurası"nın nizamnaməsini imzalayacağını təsdiqləyib
Dünya 14:05
Ermənistan "Sülh Şurası"nın nizamnaməsini imzalayacağını təsdiqləyib
Zelenski Davosa gedib
Dünya 12:15
Zelenski Davosa gedib
Rusiya Ukraynada dekabrda 30 min hərbçi itirib
Dünya 11:21
Rusiya Ukraynada dekabrda 30 min hərbçi itirib
Paşinyan İsveçrəyə gedib
Dünya 23:13
Paşinyan İsveçrəyə gedib
Qrenlandiya ABŞ ərazisidir - Tramp
Dünya 21:30
Qrenlandiya ABŞ ərazisidir - Tramp
Türkiyədə 4,5 maqnitudalı zəlzələ olub
Dünya 19:25
Türkiyədə 4,5 maqnitudalı zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol