• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynanın sabiq prezidentləri Rusiyanı ittiham etdilər

Ukraynanın sabiq prezidentləri Rusiyanı ittiham etdilər
26.02.2014 13:21
Kravçuk, Kuçma və Yuşşenko Ukrayna Təhlükəsizlik Xidmətini və Baş Prokurorluğu separatçılıq meyllərinə sərt reaksiya verməyə çağırıblar.Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko bəyanatla çıxış ediblər. APA-nın “RBK Ukraina” xəbər saytına istinadən verdiyi məlumata görə, keçmiş prezidentlər Rusiya Federasiyasını Ukraynanın daxili işlərinə qarışmaqda ittiham ediblər. Bəyanatda deyilir ki, Ukraynadakı qarşıdurmanı siyasi yolla həll etmək istəyən beynəlxalq tərəfdaşları Ukraynanın daxili işlərinə müdaxilədə ittiham edən Rusiya indi özü Krımın siyasi həyatına birbaşa müdaxiləyə əl atıb: “Rusiya Dövlət Dumasının təmsilçilərinin Kırımın Rusiyaya birləşdirilməsi haqqında referendum keçirilməsi və ya Krım Muxtar Respublikası Ali Soveti tərəfindən müvafiq müraciətin edilməsi ideyasını səsləndirmələri Ukraynanın Konstitusiya quruluşunun dağıdılması və ərazi bütövlüyünün pozulmasına çağırış kimi pislənilməlidir”.   Sabiq dövlət başçıları Ukraynanın federallaşması ssenarisinin təhlükəli olduğunu vurğulayıblar: “Bu, siyasi böhranın dərinləşməsinə, Krımda siyasi düşmənçiliyin qızışdırılmasına və yeni Ukrayna hakimiyyətinin diskreditasiyasına səbəb ola bilər”. Kravçuk, Kuçma və Yuşşenko Ukrayna Təhlükəsizlik Xidmətini və Baş Prokurorluğu istənilən separatçı bəyanata sərt reaksiya verməyə çağırıblar: “Kırımın rusdilli əhalisinin hüquqlarının pozulması ilə bağlı spekulyasiyalara, Ukraynanın regionlarının tarixi-mədəni müxtəlifliyini əsas götürərək onlar arasında düşmənçiliyin qızışdırılmasına, Ukrayna dilinin alçaldılmasına və dövlət rəmzlərinə açıq hörmətsizliyə lazımi qiymət verilməlidir”.  ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol