• $
  • €
  • ₽
  • ₺
  • £

Kiyevdəki iğtişaşlarda Azərbaycan vətəndaşları xəsarət almayıb

Kiyevdəki iğtişaşlarda Azərbaycan vətəndaşları xəsarət almayıb
25.02.2014 14:50
Kiyevdəki iğtişaşlar zamanı Azərbaycan vətəndaşları xəsarət almayıblar. Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq xidmətinə istər Ukraynanın rəsmi şəxslərindən, istər də Azərbaycan vətəndaşlarından müvafiq müraciətlər daxil olmayıb. Bu barədə APA-ya açıqlamasında Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov məlumat verib. A.Osmanov qeyd edib ki, səfirlik həmçinin xəsarət almış Ukrayna vətəndaşı olan azərbaycanlıların vəziyyəti ilə maraqlanır: “Vətəndaşlarımızın təhlükəsizliyi və durumu bizim üçün prioritet məsələdir. Eyni zamanda müvafiq məlumat daxil olarkən, Ukrayna vətəndaşları olan həmyerlilərimizin durumu ilə də maraqlanırıq”. Xatırladaq ki, Kiyevdəki toqquşmalar zamanı bir neçə azərbaycanlı, o cümlədən Ukraynada tanınmış azərbaycanlı rəssam Rasim Seyidimov, Teymur Mustafayev və Anar Rzayev xəsarət alıblar. Onların hamısı Ukrayna vətəndaşlarıdır. Ukrayna Səhiyyə Nazirliyinin son məlumatına görə, fevralın 18-dən Kiyevdə toqquşmalar zamanı 82 nəfər ölüb. Tibbi yardım üçün müraciət edən 724 nəfərdən 489 nəfər xəstəxanalara yerləşdirilib.  ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol