• $
  • €
  • ₽
  • ₺
  • £

Zukerberqin milyard dollarlıq inanılmaz səhvi

Zukerberqin milyard dollarlıq inanılmaz səhvi
22.02.2014 10:55
"Facebook" məşhur mobil mesajlaşma tətbiqi "WhatsApp"ı 19 milyard dollara satın alsa da, Zukerberqin illər əvvəl böyük səhv etdiyi ortaya çıxıb.ANS PRESS-in xəbərinə görə, milyonlarla istifadəçisi olan tətbiqin yaradıcılarından olan Brayan Ekton 2009-ci ildə "Twitter" və "Facebook"a iş üçün müraciət edib. O vaxtlar "Yahoo"da 11 illik təcrübəli bir mühəndis olaraq çalışan Ekton yeni bir iş axtarırmış.Ekton "Twitter" və "Facebook"a müraciət edib. Əvvəl "Twitter"dən rədd cavabı alan Ekton "Facebook"a da qəbul edilməyib. ""Facebook" məni rədd etdi. Maraqlı insanlarla tanış olmaq üçün çox yaxşı bir fürsət idi. Bir sonrakı macəranı dörd gözlə gözləyirəm" - deyə hisslərini Ekton "Twitter" hesabından dilə gətirib.Ekton bir neçə ay sonra gözlədiyi macəraya qovuşub və "Yahoo"dan tanıdığı iş yoldaşı ukraynalı miqrant Yan Kum ilə "Whatsapp"ı qurublar. 2009-cu ildə "Facebook"un Brayan Ektonu rədd etməsi nəticəsində, Ekton və Kum bu gün artıq milyarder iki ortaq olublar.Hal-hazırda dünyada 190 milyon adam tərəfindən istifadə edilən "WhatsApp" tətbiqinin satış qiymətinin şişirdildiyi deyilsə də, Mark Zukerberq 19 milyard ödəyəcəklərini və şirkətin potensialına inandıqlarını qeyd edib."Facebook" 19 milyard dollarlıq məbləğin 4 milyard dollarını nağd ödəyəcək. Hələlik 12 milyard dollar dəyərində olan hissəsini isə "WhatsApp"a verib. Önümüzdəki 4 il müddətində hissələrdən qazanılacaq paydan yerdə qalan məbləği ödəniləcəyi açıqlanıb.Dünyada ən çox istifadə edilən mesajlaşma xidməti olan "Whatsapp"ın 450 milyona yaxın qeydiyyatdan keçmiş üzvü var. Bu üzvlər xidmətdən istifadə etmək üçün hər il 0.99 dollar ödəyir. "Whatsapp"dan sonra isə ən çox istifadə edilən mesajlaşma xidməti ilə 300 milyon istifadəçisi olan "Japan'S Line" və 270 milyon aktiv istifadəçisi olan "WeChat"dır.Xatırladaq ki, bir neçə gün əvvəl "Facebook"-un "WhatsApp" messencerini aldığı xəbərini vermişdik.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol