• $
  • €
  • ₽
  • ₺
  • £

Yaponiyanın Ermənistana tank daşıyıcıları satdığı təsdiqləndi

Yaponiyanın Ermənistana tank daşıyıcıları satdığı təsdiqləndi
20.02.2014 18:13
Ermənistanın Yaponiyanın «Hino» şirkətindən («Toyota» şirkətlər qrupuna daxildir) aldığı tank daşıyıcılarının yeni görüntüləri ortaya çıxıb. APA-nın məlumatına görə, sosial şəbəkələrdə «Hino» istehsalı olan tank daşıyıcıların Ermənistanın «Birinci kanalı»ndan götürülmüş fotoları yayımlanıb. Tank daşıyıcıları Ermənistan Ordusuna məxsus kamuflyaj olunub. Məlumatlarda bu fotoların tank daşıyıcılarının Ermənistan ərazisindəki hərbi hissələrin birində manevrlər zamanı çəkildiyi qeyd olunur. Qeyd edək ki, 2012-ci ildə rusiyalı hərbi jurnalistlərdən birinin Dağlıq Qarabağdan hazırladığı fotosessiyada separatçı «ordu»nun «Hino» tank daşıyıcılarından istifadə etdiyi əks olunmuşdu. Lakin istehsalçı şirkət nə Ermənistana, nə də Dağlıq Qarabağa bu texnikaları satmadığını bəyan edərək bundan xəbərsiz olduğunu açıqlayıb. Qeyd edək ki, hərbi təsnifatlarda tank daşıyıcı maşınlar taktik nəqliyyat vasitələri kimi sinifləndirilir. Onu da əlavə edək ki, Yaponiya münaqişə olan ölkələrə, o cümlədən Azərbaycan və Ermənistana hərbi texnika satmadığını bəyan edib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol