• $
  • €
  • ₽
  • ₺
  • £

“SpaceX” yeni internet-peyklər qrupunu orbitə çıxarıb

“SpaceX” yeni internet-peyklər qrupunu orbitə çıxarıb
20.08.2024 20:25
"Falcon 9” raket daşıyıcısı "Starlink” sisteminin qlobal internet şəbəkəsinin əhatə dairəsini genişləndirmək üçün 22 mini-peykdən ibarət daha bir partiyanı uğurla orbitə çıxarıb.Bu barədə peyklərin "SpaceX” şirkəti məlumat yayıb.

"22 "Starlink” peykinin orbitə çıxarılması təsdiqlənib. Raketin buraxılışı ABŞ Kosmik Qüvvələrinin Florida ştatındakı Kanaveral burnunda yerləşən bazasının 40-cı buraxılış kompleksindən ABŞ-ın şərq sahili vaxtı ilə saat 09:20-də (Bakı vaxtı ilə saat 17:20-də) həyata keçirilib. Təxminən bir saat sonra daşıyıcının ikinci hissəsindən ayrılan peyklər orbitə çıxıblar”, - məlumatda deyilir.

Buraxılış çərçivəsində daşıyıcı raketin ilk dəfə istifadə edilən təkrar istifadə oluna bilən birinci hissəsi ayrıldıqdan sonra Atlantik okeanındakı "A Shortfall of Gravitas” dron platformasına idarə olunan şaquli eniş edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol