• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın ərazi bütövlüyü ilə bağlı saytda gedən səhv düzəldildi

Azərbaycanın ərazi bütövlüyü ilə bağlı saytda gedən səhv düzəldildi
03.02.2014 20:56
Rusiya jurnalı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı saytında gedən səhvi aradan qaldırıb. 2013-cü ilin dekabr ayında Rusiyanın "Arxeologiya, antropologiya və etnoqrafiya xəbərləri" jurnalının saytında Ermənistan tədqiqatçılarının "Paleoantropoligiya məlumatları üzrə Şirakavan və Lord Berd (Ermənistan) abidələrində ölənlərin cəsədləri ilə davranış qaydaları" adlı məqaləsi yerləşdirilmişdi.Məqalədə olan xəritədə Dağlıq Qarabağın ərazisi Azərbaycan ərazisindən ayrı, suveren dövlət kimi göstərilmişdi ki, bu da BMT-nin beynəlxalq standartlarına ziddir.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi əməkdaşı, tarix elmləri namizədi Dmitri Kiriçenko Trend-ə bildirib ki, mövcud fakt beynəlxalq hüquq və normaların, xüsusilə beynəlxalq ictimaiyyət tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir: "Biz redaksiyaya mövcud xəritə ilə bağlı iradımızı bildirdik, bundan sonra redaksiya bizim haqlı tələblərimizi nəzərə aldı və yalnız xülasəni saxlamaqla həmin məqaləni saytdan çıxardı".Qeyd edək ki, "Arxeologiya, antropologiya və etnoqrafiya xəbərləri" jurnalının təsisçisi Rusiya Elmlər Akademiyasının Şimalın Mənimsənilməsi Problemi İnstitutudur. 1997-ci ildə əsası qoyulan bu jurnal ildə dörd dəfə işıq üzü görür.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol