• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da Rusiya jurnalistləri saxlanılıb

ABŞ-da Rusiya jurnalistləri saxlanılıb
30.10.2024 11:15
ABŞ-a prezident seçkilərini işıqlandırmaq üçün gələn rus jurnalistləri hava limanında saxlanılıb, İzvestiya operatorunun vizası isə inzibati səbəblərə görə ləğv edilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, jurnalistlər ABŞ-a prezident seçkilərini işıqlandırmaq üçün gedib və bütün zəruri sənədlərə malik olublar, lakin operatorlardan birinin vizası "inzibati səbəblərə" görə ləğv edilib.

"Hadisə ABŞ vaxtı ilə oktyabrın 29-na keçən gecə baş verib. Jurnalistlər prezident seçkilərini işıqlandırmağı planlaşdırırdılar və onların vizaları və icazələri var idi. Lakin hava limanına çatdıqdan sonra saxlanılaraq uzun müddət sorğu-suala tutulublar. Nəticədə, qrupun operatoruna sərhədi keçməyə icazə verilməyib və vizası qeyri-müəyyən "inzibati səbəblərlə" ləğv edilib",  -  Zaxarova vurğulayıb. 

O bildirib ki, bu hadisə özbaşınalıq nümayişidir, çünki ABŞ hakimiyyəti Rusiya vətəndaşlarının saxlanılması ilə bağlı Vaşinqtondakı Rusiya diplomatlarını məlumatlandırmayıb. O, operatorun vizasının ləğv edilməsinin səbəblərinə təəccüb etdiyini və bunun əvvəlcədən bildirişsiz baş verdiyini vurğulayıb.

N.Təbrizli




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol