Şarl Mişel səlahiyyətlərini təhvil verib
![Şarl Mişel səlahiyyətlərini təhvil verib Şarl Mişel səlahiyyətlərini təhvil verib](https://anews.az/photo/850x500/2024-11/1732907081_resize-2.jpeg)
Avropa Şurasının rəhbəri və Belçikanın keçmiş Baş naziri Şarl Mişel öz səlahiyyətlərini Avropa Komissiyasının ikinci tərkibi Ursula fon der Lyayenin vəzifəyə başlaması ilə sinxron olaraq dekabrın 1-də işə başlayacaq portuqaliyalı Antoniu Kostaya təhvil verib.Bu barədə TASS xəbər verib.
Avropa Şurasının Brüsseldəki iqamətgahında səlahiyyətlərin verilməsinin rəsmi mərasimi keçirilib.
Kosta bu vəzifəyə 2024-cü ilin iyununda Aİ sammitində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin səlahiyyətlərinin uzadılması ilə eyni vaxtda təyin edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər