• $
  • €
  • ₽
  • ₺
  • £

Kim Çen Inın raketləri xeyli dəqiq həmlələr yetirmək halına gətirilib

Kim Çen Inın raketləri xeyli dəqiq həmlələr yetirmək halına gətirilib
06.02.2025 15:26
Şimali Koreyanın ballistik raketləri, Rusiya qoşunlarının dekabrın sonundan etibarən Ukraynaya qarşı istifadə etməyə başladığı silahlar, əvvəlki dövrlərdə tətbiq edilən raketlərlə müqayisədə xeyli daha yüksək dəqiqlik nümayiş etdirir. Bu barədə Reuters agentliyinə iki yüksək rütbəli Ukrayna rəsmisi məlumat verib.

Mənbələrin sözlərinə görə, Şimali Koreya raketlərinin hədəfə vurma dəqiqliyi 50-100 metrə qədər yaxşılaşıb. Bu isə Pxenyanın döyüş meydanını raket texnologiyalarını test etmək və təkmilləşdirmək üçün istifadə etdiyinə işarə edə bilər.

Analitiklər xəbərdarlıq edirlər ki, Şimali Koreya raketlərinin təkmilləşdirilməsi yalnız Ukrayna üçün deyil, həm də Cənubi Koreya, Yaponiya və hətta ABŞ üçün ciddi təhlükə yarada bilər. Bundan əlavə, bu inkişaf Pxenyana modernləşdirilmiş silahlarını digər ölkələrə və silahlı qruplaşmalara satmaq imkanı verə bilər.
Baxmayaraq ki, Qərb kəşfiyyat agentlikləri və liderləri Rusiya və Şimali Koreya arasında "daha sıx hərbi əməkdaşlıq” barədə xəbərdarlıq edirlər, Moskva və Pxenyan silah tədarükü ilə bağlı hər hansı razılaşmanı inkar edirlər.

Rusiya 2023-cü ilin sonundan etibarən Şimali Koreyanın qısa mənzilli K-23, K-23A və K-24 raketlərindən istifadə etməyə başlayıb və Kiyevin məlumatına görə, o vaxtdan bəri təxminən 100 belə raket atıb. Bundan başqa, Ukrayna hakimiyyəti Şimali Koreyanın Rusiyaya milyonlarla artilleriya mərmisi və hətta hərbi personal göndərdiyini iddia edir.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol