"Ağ Ev"ə ictimai turlar yenidən bərpa edilir
!["Ağ Ev"ə ictimai turlar yenidən bərpa edilir "Ağ Ev"ə ictimai turlar yenidən bərpa edilir](https://anews.az/photo/850x500/2025/02/13/1739429487_206029_profimedia0486764040_ls.jpg)
ABŞ-ın birinci xanımı Melaniya Tramp "Ağ Ev"ə ictimai turların açıldığını bəyan edib. Bu barədə Ağ Ev məlumat yayıb.
Məktubda bildirilir ki, ictimai turlara fevralın 25-dən start veriləcək.
"Prezident və mən bu əlamətdar və gözəl abidənin hekayəsi ilə maraqlananlar üçün Ağ Evi yenidən açmaqdan həyəcanlanırıq. Amerika Prezidentliyi, burada yaşamış Birinci Ailələr və Ağ Evdəki təcrübəmizdən millətimizin zəngin tarixi haqqında öyrənmək üçün çox şey var. Bu ənənəni hər il gələn yüz minlərlə ziyarətçi üçün davam etdirməkdən şərəf duyuruq", - Melaniya Trapm deyib.
Firayə Nurizadə