• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Görüşlə bağlı konkret razılaşma yoxdur - Peskov

Görüşlə bağlı konkret razılaşma yoxdur - Peskov
13.02.2025 13:49

Ağ Ev rəhbəri Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün Rusiyaya səfəri ilə bağlı hələlik konkret razılaşma yoxdur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə deyib. 

“Hələlik heç bir konkret razılaşma yoxdur”, - o bildirib. 

Kremlin sözçüsü qeyd edib ki, Putin və Tramp dünənki telefon danışığı zamanı təmasları davam etdirəcəkləri və diqqəti ayrıca görüşə yönəldəcəkləri barədə razılığa gəliblər və köməkçilərə görüşə hazırlıqla bağlı işə başlamaq tapşırılıb.

Putinlə Tramp arasında telefon danışığı fevralın 12-də baş tutub və təxminən bir saat yarım davam edib. Söhbət zamanı liderlər Ukraynada hərbi əməliyyatların dayandırılmasının zəruriliyini müzakirə ediblər  və münaqişənin həlli üçün dərhal danışıqlara başlamaq barədə razılığa gəliblər. ABŞ prezidentinin sözlərinə görə , o, rusiyalı həmkarından münaqişənin daimi əsaslarla həll edilməsinin zəruriliyi barədə eşidib.

Tramp daha sonra Səudiyyə Ərəbistanında Putinlə şəxsən görüşməyi planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, əsas qarşılıqlı əlaqə telefonla baş tutacaq, lakin ilk üz-üzə görüş böyük ehtimalla orada baş tutacaq. O, həmçinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun danışıqlarda iştirakını istisna etməyib.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Görüşlə bağlı konkret razılaşma yoxdur - Peskov
Dünya 13:49
Görüşlə bağlı konkret razılaşma yoxdur - Peskov
ABŞ-da ana dörd uşağını güllələyib
Dünya 13:27
ABŞ-da ana dörd uşağını güllələyib
London Kiyevə yeni hərbi yardım paketi ayırır
Dünya 11:33
London Kiyevə yeni hərbi yardım paketi ayırır
"Ağ Ev"ə ictimai turlar yenidən bərpa edilir
Dünya 10:39
"Ağ Ev"ə ictimai turlar yenidən bərpa edilir
Avropanın 7 ölkəsi Ukrayna ilə danışıqlarla bağlı birgə bəyanat yayıb
Dünya 09:59
Avropanın 7 ölkəsi Ukrayna ilə danışıqlarla bağlı birgə bəyanat yayıb
London Kiyevə yeni hərbi yardım paketi ayırıb
Dünya 23:56
London Kiyevə yeni hərbi yardım paketi ayırıb
Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq - Trüdo
Dünya 23:50
Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq - Trüdo
Tramp Putindən sonra Zelenski ilə danışıb
Dünya 22:09
Tramp Putindən sonra Zelenski ilə danışıb
Trampla Putin arasında telefon danışığı olub - Yenilənib
Dünya 21:42
Trampla Putin arasında telefon danışığı olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol