• $
  • €
  • ₽
  • ₺
  • £

“Yahoo!” işdən çıxarılan menecerinə 100 milyon dollar verəcək

“Yahoo!” işdən çıxarılan menecerinə 100 milyon dollar verəcək
18.01.2014 11:16
Yahoo!” şirkətinin baş əməliyyat direktoru Enrike de Kastroya işdən çıxarılmasına görə ödəniləcək kompensasiya ABŞ şirkətləri tarixində ən böyük məbləğ olacaq. Bu barədə “Forbes” jurnalı məlumat verib. Jurnalın yazdığına görə, E.Kastroya “Yahoo!”-nu tərk etməsinə görə ödəniləcək məbləğ 109 milyon dollar təşkil edəcək. Bu məbləği menecerin şirkətdə çalışdığı günlərin sayına bölsək, bazar günləri daxil olmaqla sutkada 244 min dollara bərabər olacaq. Lakin şirkət nümayəndələri əməliyyat direktoruna ödəniləcək pulun məbləğini rəsmən təsdiq etməyiblər. “Forbes” qeyd edir ki, E.Kastroya ödəniləcək məbləğ ABŞ-da ən yüksək əməkhaqqı alan şirkət rəhbərinin – “Oracle” direktoru Larri Ellisonun illik gəlirini üstələyir. Belə ki, 2013-cü ildə L.Ellisona ödənişlər 70 milyon dollara yaxın olub.   “GMI” konsaltinq şirkətinin məlumatına görə, 2002-2012-ci illərdə ABŞ-ın yalnız 21 top-menecerinə 100 milyon dollardan artıq kompensasiya ödənilib. Ödənişlərin məbləğinə görə lider 2001-ci ildə 417 milyon dollar alan “General Electric” şirkətinin keçmiş rəhbəri Cek Uelşdir.   2012-ci ilin oktyabrında “Yahoo!”-nun yeni baş direktoru Marissa Mayerin (əvvəllər Google-da rəhbər vəzifələrdə çalışıb) təşəbbüsü ilə “Google” şirkətindən gələn E.Kastro “Yahoo!”-da cəmi 15 ay çalışıb. Lakin bəzi məlumatlara görə, onun M.Mayer ilə işbirliyi alınmadığından cari ilin yanvarın 16-da işdən azad olunub.//İctnews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol