Ukraynaya raket və PUA zərbələri endirilib, ölən və yaralananlar var

Rusiya Ordusu Kiyevə raket zərbələri endirib.Bu barədə UNİAN xəbər verib.
Bildirilib ki,Qara dənizdən “Kalibr” və “ТУ-95М” bombardmançı təyyarəsindən “Х-101” raketləri buraxılıb.
Bir mebel sexində yanğın baş verib, beşmərtəbəli biznes mərkəzinin 3,4 və 5-ci mərtəbələrində qismən dağıntı olub, 3 avtomobil yanıb.
Kiyev şəhər Hərbi Administrasiyasının rəisi Timur Tkaçenko hava zərbələri nəticəsində 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını açıqlayıb.