• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya hərbi təyyarələri Gürcüstan üzərindən uçacaq

Rusiya hərbi təyyarələri Gürcüstan üzərindən uçacaq
14.01.2014 15:52
 Yanvarın 20-də Rusiyanın SU-27 qırıcı təyyarələri Gürcüstanın üzərindən uçacaq.APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Kviris palitra” qəzetində hərbi ekspert İrakli Aladaşvili məlumat verib. Məlumata görə, yanvarın 20-də Tiflis üzərindən bir neçə Rusiya qırıcı təyyarəsi və “İl-76” hərbi yük təyyarəsi uçacaq. Ekspertin sözlərinə görə, uçuş Gürcüstan hakimiyyəti ilə razılaşdırılıb. Ekspert bildirib ki, belə bir uçuş yanvarın 10-da həyata keçirilib, Rusiya qırıcıları və yük təyyarəsi Gürcüstanın şimalından cənuba tərəf uçaraq Ermənistanın Erebuni hərbi aerodromunda yanacaq doldurmaq üçün qısamüddətli eniş ediblər. İ.Aladaşvilinin yazdığına görə, Rusiya hərbi təyyarələri beynəlxalq uçuşlar nümayiş etdirmək üçün Bəhreyndə təşkil olunacaq tədbirə qatılacaq və yanvarın 20-də eyni marşrutla geri uçacaqlar. Bu, 2008-ci ilin avqustundan sonra Rusiya hərbi təyyarələrinin Gürcüstan üzərindən ilk uçuşlarıdır.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol