Rusiya Vyetnamda atom elektrik stansiyaları tikəcək

Rusiya və Vyetnam Vyetnamda atom elektrik stansiyalarının tikintisi ilə bağlı danışıqlar aparmaq və saziş imzalamaq barədə razılığa gəliblər. Bu barədə Reuters məlumat yayıb.
Vyetnam təxminən 10 il əvvəl dayandırılan atom elektrik stansiyasının tikintisi layihələrini bərpa edib.
Ölkə hökuməti daha əvvəl ümumi gücü 6,4 GVt-a qədər olan ilk atom elektrik stansiyalarının 2030-35-ci illərdə işə başlayacağını bəyan etmişdi.
Bəyanatda həmçinin bildirilir ki, Rusiya və Vyetnam neft-qaz sahəsində əməkdaşlığı dərinləşdirəcək.
Aytac
Son xəbərlər
Daha çox 