İsrail ordusu Yəmən limanlarına zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Yəməndə “Ənsar Allah” hərəkatının istifadə etdiyi infrastrukturu məhv etmək məqsədilə iki limana zərbələr endirib.Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələr husilərin nəzarətində olan əl-Hodeyda əyalətinin Qırmızı dəniz sahilində yerləşən Hodeyda və əs-Salif limanlarına endirilib.
Bu limanlar üsyançılar tərəfindən silahların daşınması üçün istifadə edilir.
Son xəbərlər
Daha çox 