• $
  • €
  • ₽
  • ₺
  • £

Yaponlar Urmiya gölünü xilas etmək istəyir

Yaponlar Urmiya gölünü xilas etmək istəyir
07.01.2014 16:10
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JAYKA) Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılmasına hazır olduğunu açıqlayıb.APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu JAYKA-nın rəsmisi Hideaki Yuki Hair Qərbi Azərbaycan vilayətinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri Həsən Abbasnejadla birgə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, JAYKA mütəxəssisləri Qərbi Azərbaycan vilayətində olaraq Urmiya gölünə baxış keçiriblər. Bu il yanvarın 30-da JAYKA mütəxəssisləri Urmiya gölündəki böhranın aradan qaldırılması üçün yenidən İrana səfər edəcəklər. Səfər fevralın 7-dək davam edəcək. Yaponiya nümayəndə heyətinə su mənbələri və kənd təsərrüfatı sahəsində mütəxəssis olan 5 nəfər daxil olacaq. Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv.km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər. Hazırda dünyanın ikinci duzlu gölü olan Urmiya gölünün yalnız 15%-i qalıb. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol