• $
  • €
  • ₽
  • ₺
  • £

Buşəhr AES-in fəaliyyəti dayandırılacaq

Buşəhr AES-in fəaliyyəti dayandırılacaq
07.01.2014 14:12
“İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində keçirilmiş son nüvə müzakirələrində yaxşı nəticələr əldə edilib”. APA-nın məlumatına görə, bunu İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bildirib. Onun sözlərinə görə, hazırda bəzi məsələlər qalıb: “Həmin məsələləri də həll etmək məqsədilə İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı Cenevrəyə gedib”.  Ə.Salehi Cenevrə razılaşmasına uyğun olaraq birgə fəaliyyət planının həyata keçirilməsi üçün ilkin addımların atılacağına ümid etdiyini deyib: “Yanvar ayının sonlarına doğru bu planın tətbiq olunmasına şahid olacağıq”. Vitse-prezident həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin üç həftə sonra İrana gələcəklərini də vurğulayıb: “Məqsəd Geçin uran mədəninə baxış keçirməkdir. Hələlik tarix tam olaraq müəyyənləşdirilməyib. Ancaq məsələnin yanvar ayının sonu fevral ayının əvvəllərinə qədər reallaşacağını hesab edirəm. İranla AEBA arasında əməkdaşlıq davam etdiriləcək. İranla agentlik arasında 6 maddə üzərində uzlaşma təmin edilib. İran bu razılaşmaya bağlıdır. Ərak ağır su nüvə reaktoru və Geçin uran mədəninə baxış keçirmək həmin 6 maddəlik anlaşmanın ikisini özündə ehtiva edir. Artıq Ərak ağır su nüvə reaktoruna agentlik müfəttişləri tərəfindən baxış keçirilib və bununla bağlı hesabat müsbətdir”. Ə.Salehi AEBA-nın icraçı direktoru Yukiya Amanonun İranla bağlı son hesabatının da əvvəlki hesabatlara nisbətən daha müsbət olduğunu bildirib: “Ümumiyyətlə, İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri, həmçinin İranla AEBA arasındakı əməkdaşlıq müsbətdir”. Eyni zamanda vitse-prezident Buşəhr Atom-Elektrik Stansiyasının (AES) fəaliyyətinin müvəqqəti olaraq dayandırılacağını söyləyib: “Stansiyanın fəaliyyətinə yaxın günlərdə ara veriləcək və ona illik yanacaq doldurulmasına başlanılacaq. Bu vəziyyət stansiyanın son bir ildə işinin müvəffəqiyyətli bir şəkildə reallaşdığını ortaya qoyur. Stansiya hər 7 min saatda bir yanacaq doldurulması üçün işinə ara verir. Bu vəziyyət də Buşəhr AES-də ilk dəfə baş verəcək”. Ə.Salehi uranın 60% həddində zənginləşdirilməsini nəzərdə tutan qanun layihəsinin İran parlamentinin gündəmində olması məsələsinə də reaksiya verib: “Ölkə parlamenti hansı qərarı qəbul edəcəksə, biz də ona əməl edəcəyik”. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol