• $ 1.7
  • € 1.9559
  • ₽ 0.021627
  • ₺ 0.043
  • £ 2.2854

“Buşehr” AES vurularsa ikinci Çernobil ola bilər– Rosatom

“Buşehr” AES vurularsa ikinci Çernobil ola bilər– Rosatom
19.06.2025 13:07

Rusiya dövlət nüvə korporasiyası “Rosatom” İranın “Buşehr” Atom Elektrik Stansiyasından ezamiyyətdə olan əməkdaşlarının bir hissəsini evakuasiya edib. Bu barədə Rosatom-un baş direktoru Aleksey Lixachev jurnalistlərə açıqlama verib.

“Buşehr AES-də ezamiyyətdə olan bir qrup əməkdaş artıq çıxarılıb. Evakuasiya prosesində yardım göstərdikləri üçün Azərbaycana və Ermənistana təşəkkür edirik. Müxtəlif yollarla, amma müsbət nəticə əldə etdik”, –  Lixachev bildirib.

Rosatom, zərurət yaranacağı halda ilk növbədə qadınlar və uşaqlar da daxil olmaqla AES-dən əlavə evakuasiya aparılacağını istisna etmir.

Lixachev əlavə edib ki, İsrailin İranda atom obyektlərinə endirdiyi zərbələr nəticəsində radiasiya sızması qeydə alınmayıb.

Lakin o xəbərdarlıq edib ki, “Buşehr”dəki işlək enerji blokuna hücum halında nəticələr Çernobıl qəzası ilə müqayisə oluna bilər.

“Əgər birinci enerji blokuna zərbə endirilərsə, bu, Çernobıla bərabər bir fəlakət ola bilər”, – d o bildirib.

Rusiyanın Tehrandakı səfirliyi isə bəyan edib ki, “Buşehr” stansiyası normal rejimdə fəaliyyət göstərir və rusiyalı mütəxəssislər üçün təhlükə yoxdur.

Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, İsrail Rusiya tərəfinə “Buşehr” AES-də çalışan mütəxəssislərin təhlükəsizliyinə zəmanət verdiyini təsdiqləyib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Koreya Çinə doğru ballistik raket atıb
Dünya 16:13
Şimali Koreya Çinə doğru ballistik raket atıb
İran “Dəmir Qübbə”ni necə yardı? – VİDEO
Dünya 16:01
İran “Dəmir Qübbə”ni necə yardı? – VİDEO
Ermənistan Rusiyadan azad oldu -Paşinyan
Dünya 15:25
Ermənistan Rusiyadan azad oldu -Paşinyan
İran qəti addımlara hazırlaşır
Dünya 14:57
İran qəti addımlara hazırlaşır
Rusiya İrana zənginləşdirilmiş uranla bağlı əməkdaşlıq təklif edib
Dünya 13:48
Rusiya İrana zənginləşdirilmiş uranla bağlı əməkdaşlıq təklif edib
Rusiya Almaniya ilə hərbi əməkdaşlıq sazişindən çıxır
Dünya 13:14
Rusiya Almaniya ilə hərbi əməkdaşlıq sazişindən çıxır
“Buşehr” AES vurularsa ikinci Çernobil ola bilər– Rosatom
Dünya 13:07
“Buşehr” AES vurularsa ikinci Çernobil ola bilər– Rosatom
ABŞ-in İran-İsrail münaqişəsinə müdaxiləsi qarşıdurmanın genişləndirə bilər -Peskov
Dünya 12:36
ABŞ-in İran-İsrail münaqişəsinə müdaxiləsi qarşıdurmanın genişləndirə bilər -Peskov
İsrail İrana xüsusi təyinatlılarını göndərir
Dünya 10:18
İsrail İrana xüsusi təyinatlılarını göndərir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol