Qəzzada baş verən partlayış nəticəsində 7 israilli hərbçi həlak olub

İsrail ordusunun (TsAXAL) məlumatına görə, Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində baş verən partlayış nəticəsində yeddi israilli hərbçi həlak olub, biri isə ağır yaralanıb.
Hadisə iyunun 24-də axşam baş verib.
Ordunun məlumatına görə, 605-ci mühəndis döyüş batalyonuna aid “Puma” tipli zirehli transportyorun altında partlayıcı qurğu işə düşüb.
Partlayışdan sonra maşında yanğın baş verib.
Hadisənin səbəbləri araşdırılır.
İsrail Müdafiə Ordusunun məlumatına əsasən, 7 oktyabr 2023-cü ildən bəri həlak olan israilli hərbçilərin ümumi sayı 878 nəfərə çatıb.
N.Təbrizli