Qazaxıstan sərhəd yoxlamalarını gücləndirib, Rusiya yüklərini gecikdirir

İyunun ortalarından etibarən Qazaxıstan sərhədində yoxlamaların sərtləşdirilməsi səbəbindən rus idxalçıları ciddi yükləmə gecikmələri ilə üzləşiblər, logistika şirkətlərinin nümayəndələri bildiriblər.
Əvvəllər bir saatdan az çəkən sərhəd keçidi indi 10 günü və ya daha çoxu əhatə edə bilər. Daşımaların müddəti 14–40 günədək uzanıb, bu da həm avtomobil, həm də dəmir yolu keçidlərində sıxlıqlar və yoxlamalarla bağlıdır.
Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsi gecikmələrin "spesifik malların" ixracına nəzarət çərçivəsində tətbiq olunan qaydalarla əlaqəli olduğunu bildirib. Bu prosedurlar AİİB daxilində vahid qaydalar qəbul olunana qədər qüvvədə qalacaq.
Rus logistləri isə hesab edirlər ki, sərt tədbirlər Rusiya ilə Qazaxıstan arasında siyasi gərginlik fonunda həyata keçirilir. 1 iyunda Rusiyanın aerodromlarına dron hücumlarından sonra Moskva Qazaxıstan nömrəli yük maşınlarına nəzarəti artırıb. Buna cavab olaraq, Qazaxıstan da yoxlamaları gücləndirib.
N.Təbrizli
Son xəbərlər
Daha çox 