• $
  • €
  • ₽
  • ₺
  • £

“Ərdoğanın etdiklərinin bir qarşılığı olacaq”

“Ərdoğanın etdiklərinin bir qarşılığı olacaq”
28.12.2013 11:53

“Mən hələ ki bir neçə gün müstəqil bir millət vəkili olaraq fəaliyyət göstərəcəm”. 

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verən izmirli deputat, keçmiş Mədəniyyət və Turizm naziri Ərtoğrul Günay deyib. O bildirib ki, ona digər partiyalardan üzvlüklə bağlı təkliflər gəlsə də, bunu qəbul etməyib. Deputatın sözlərinə görə, hər hansı bir partiya yaratmaq fikri də yoxdur. “Gedişatdan asılı olaraq yeni bir mövqe sərgiləməyimi də istisna etmirəm”.

Ə. Günay AKP-dən istefasının səbəbləri haqqında da danışıb: “Son zamanlar Türkiyədə hüququn olmaması ilə bağlı ciddi müzakirələr var. Bu müzakirələrin üstünə gedib həqiqətlərin üzə çıxarılması düşüncəsindəydim. Amma təəssüflər olsun ki, AKP rəhbərliyi Konstitusiyaya, qanunlara zidd davrandı. Bu hərəkətləri də haqlı olaraq tənqid etdik. Partiya rəhbərliyi məni və digər yoldaşlarımı dinləmək əvəzinə İntizam Komissiyasına müraciət etməklə bizim AKP-dən kənarlaşdırılmağımızı istədi”.

Ə. Günay Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın yeni formalaşdırdığı hökumətə də münasibət bildirib. Millət vəkili qeyd edib ki, həmin kabinetdə onun yaxın dostları var və onlar öz vəzifələrinin öhdəsindən layiqincə gələ biləcəklər: “Onların hamısına uğurlar arzulayıram”.

Deputat ölkəni sarsıdan rüşvət və korrupsiya əməliyyatlarının 2014-cü il martın 30-da keçiriləcək bələdiyyə seçkilərində Ərdoğanın nüfuzuna təsir məsələsinə də toxunub: “Əlbəttə, hər bir şeyin siyasi qarşılığı olacaq. Belə davam edərsə cəmiyyətdə iqtidarın nüfuzu aşağı düşəcək”.

Qeyd edək ki, AKP-nin İzmirdən olan millət vəkilləri Erdal Kalkan, Ərtoğrul Günay və Ankaradan olan deputatı Haluk Özdalga hakim partiyadan istefa veriblər.

Modern.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol