• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə neft hasilatına başlayır

Türkiyə neft hasilatına başlayır
26.12.2013 13:22
 Türkiyədə ilk dəfə olaraq böyük həcmdə neft ehtiyatı tapılıb.«APA-Economics»in «İhlas» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin Siirt bölgəsində yüksək çəkili neft aşkarlanıb. Siirt şəhərinin Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Afif Dəmirkıran bildirib ki, keçən il başlanılan qazma işlərində açılan ilk quyuda gündəlik olaraq 150 barel neft əldə olunacaq. Onun sözlərinə görə, Siirt bölgəsində olduqca zəngin neft yataqları var: «Türkiyənin «Güney Yıldızı» və TPAO şirkətlərinin birgə apardığı qazma əməliyyatlarında Siirtin «Doğu Sadak-1» quyusunun 2 400 metr dərinliyində zəngin neft ehtiyatı kəşf edilib».  O qeyd edib ki, gündəlik 150 barel neftin əldə olunması TPAO-nun Türkiyədə gündəlik bir quyudan əldə etdiyi neftin 3 qatına bərabərdir və bu gün üçün Türkiyənin ən keyfiyyətli nefti hesab oluna bilər: «Şirkət bu yataqda neft hasilatını stabil bir duruma gətirməyi və daha çox neft əldə edilməsini hədəf götürüb. Ehtiyac yarandıqda ölkənin digər neft şirkətləri də bölgədə neft hasilatına cəlb oluna bilər. Çünki Siirtdə olduqca böyük həcmdə neft var». Millət vəkili deyib ki, bu yatağın aşkar edilməsi Türkiyə iqtisadiyyatına böyük dəstək olacaq: «Türkiyə hər il 60 mlrd. dollar dəyərində neft və enerji idxal edir. Daha bir neçə belə neft yatağı aşkar edilərsə, bu, ölkəmizə idxal edilən neftin həcmini nisbətən azaldacaq». Artıq Siirtdəki neft yatağında tapılan neftin nümunələri laboratoriyaya göndərilib və onun analizi aparılıb. Bu bölgənin digər ərazilərində də neft yataqlarının axtarışları davam etdiriləcək. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol