• $
  • €
  • ₽
  • ₺
  • £

İranda 5,3 bal gücündə zəlzələ baş verib, Tehran və Qumda da hiss olunub

İranda 5,3 bal gücündə zəlzələ baş verib, Tehran və Qumda da hiss olunub
03.10.2025 10:13

Cümə günü axşam İranın mərkəzində yerləşən İsfahan əyalətində Rixter cədvəli üzrə 5,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.

Zəlzələnin episentri yerin 10 kilometr dərinliyində, İsfahan vilayətinin Zavareh şəhəri yaxınlığında yerləşib. Yeraltı təkanlar Tehran və Qum daxil olmaqla ölkənin bir sıra bölgələrində, o cümlədən Dəmavənd, Absard, Kilan, Vəramin və Fəşam şəhərlərində də hiss olunub.

Zəlzələ yerli vaxtla gecə yarısı qeydə alınıb. Tələfat və dağıntılarla bağlı hələlik rəsmi məlumat verilməyib.

İlkin mərhələdə bəzi yerli media orqanları səhvən zəlzələnin episentrinin Tehranın Fəşam şəhəri olduğunu bildirsə də, daha sonra rəsmi mənbələr bunun İsfahanın Zavareh şəhəri olduğunu təsdiqləyiblər.

2003-cü ildə Bam şəhərində baş verən 6,6 bal gücündə zəlzələdə 26 min nəfər həlak olmuşdu.

Aytac 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol