Türkiyə MİT rəhbəri Misirdə Qəzza danışıqlarında iştirak edəcək

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın oktyabrın 8-də Misirdə Qəzza zolağında atəşkəs razılaşması üzrə danışıqlarda iştirak edəcək.Bu barədə Türkiyənin təhlükəsizlik dairələrindən məlumat verilib.
Mənbələr bildirirlər ki, Kalın Şarm əl‑Şeyxə getməzdən əvvəl ABŞ, Misir, Qətər və Fələstinli “HƏMAS” nümayəndələri ilə əlaqə yaradıb.
Misirin “Əl‑Qahirə əl‑İxbariyyə” telekanalı da Türkiyə nümayəndə heyətinin bu görüşlərdə iştirak edəcəyini xəbər vermişdi.